Icma.az
close
up
RU
Məğlub ölkənin lideri: “Paşinyan manipulyasiya etməyə çalışır”

Məğlub ölkənin lideri: “Paşinyan manipulyasiya etməyə çalışır”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına müsahibəsi zamanı onda “məğlubiyyət sindromu” hiss olunurdu”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında deyib.O bildirib ki, bu, bir daha Azərbaycanın hərbi-diplomatik gücünün təzahürü idi:

“Bu, Paşinyanın timsalında aydın görünürdü. O, məğlub ölkənin lideri kimi müsahibə verirdi. Lakin buna baxmayaraq, ermənilik xislətindən də əl çəkmirdi. Çünki ermənilər heç bir halda obyektiv və dürüst olmurlar. 

Paşinyan müsahibə zamanı ikibaşlı və altqatı olan fikirlər səsləndirdi. O, sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ATƏT-in Minsk Qrupunun buraxılmasının tərəfdarı olduğunu bildirir”.

Lakin millət vəkili diqqətə çatdırıb ki, rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün haqlı şərtləri var:

“O şərtlərdən biri də Ermənistanın Konstitusiyasının dəyişməsidir. Hərçənd ki, Paşinyan konstitusiyada dəyişiklik etmək fikirlərinin olmadığını söyləyir. Hətta Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını deyir.

Halbuki Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğu bariz faktdır. Biz də həmin ərazi iddialarına görə, konstitusiyanın dəyişməsini təklif edirik”.

Deputat Paşinyanın “Azərbyacan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiları var” fikrinə də təpki göstərib:

“Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olduğunu demək absurddur. Çünki Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı aydın məsələdir.Biz hər zaman öz ərazilərimizə sahib çıxmışıq, sadəcə işğal olunan torpaqlarımız uğrunda savaşaraq qalib gəlmişik. İndi isə qalib ölkə olmağımıza rəğmən, sülh müqaviləsinin imzalanmasını təklif edirik”.

Elnarə Akimova onu da vurğulayıb ki, Paşinyan manipulyasiya etməyə çalışır:

“Ermənistanın Baş naziri dürüst ola bilmir. O, bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, digər tərəfdən isə konstitusiyanın dəyişməyəcəyini bəyan edir.

Görünür, Paşinyan ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışır. Ümumiyyətlə, rəsmi İrəvan konstitusiyanı dəyişməməklə sülh müqaviləsindən yayınır.Müəyyən qüvvələrin təsiri nəticəsində Ermənistan müxtəlif bəhanələrlə prosesi uzadır. 

Ancaq bizim əsas tələblərimiz arasında Ermənistan Konstitusiyasının dəyişilməsi və ATƏT-in Minsk Qrupunun buraxılması var.Onlar olmayacağı təqdirdə, sülh müqaviləsi necə imzalanacaq? Bütün bunlar Paşinyanın açıqlamalarının ikibaşlı və riyakar olduğunu deməyə əsas verir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan İctimai Televiziya Millət vəkili Deputat Elnarə Akimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri