Icma.az
close
up
RU
Ermənistanın COP29a qatılmaması onun özünütəcridini dərinləşdirir

Ermənistanın COP29a qatılmaması onun özünütəcridini dərinləşdirir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dünya iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyi bir dönəmdə COP29-un Bakıda keçirilməsi yalnız Azərbaycanın beynəlxalq iqlim siyasətində iştirakını deyil, həm də onun regionda liderliyini təsdiqləyən mühüm hadisədir.

Bakıvaxtı.az xəbər verir ki, iqlim dəyişikliyi kimi qlobal problematika təkcə ətraf mühitin qorunmasını deyil, həm də iqtisadi, sosial və siyasi məsuliyyətlər tələb edir. Azərbaycan bu prosesdə həm enerji keçidi, həm də dayanıqlı inkişaf hədəfləri ilə ön sıralarda yer alır. Lakin Ermənistanın tədbirdə iştirak etməməsi regional geosiyasi gərginliyin hətta iqlim dəyişikliyi kimi universallığı qəbul edilən mövzulardan da kənar qalmadığını göstərir. Bu qərar yalnız Ermənistanın qlobal əməkdaşlıq ruhuna zidd mövqeyini deyil, həm də onun özünün ekoloji problemlərini həll etməkdəki maraqsızlığını ortaya qoyur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədri, deputat Arzu Nağıyev qeyd edib ki, COP29 çərçivəsində Azərbaycan, həm ekoloji layihələr sahəsindəki nailiyyətlərini təqdim edib, həm də gələcəyə dair irəli sürdüyü təkliflərlə diqqət mərkəzinə çevrilib:

“Bu tədbir ölkənin təkcə regional deyil, qlobal miqyasda nüfuzunun artması baxımından əlamətdar rol oynayır. Eyni zamanda, Ermənistanın aqressiv ritorikası onun iqlim məsələlərindən siyasi vasitə kimi istifadə etmək cəhdini bir daha üzə çıxardı. Azərbaycan uzun illərdir ki, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf istiqamətində ciddi addımlar atır. Enerji sektorunda həyata keçirilən islahatlar, karbon emissiyalarının azaldılması üzrə qəbul edilən strategiyalar və bərpa olunan enerji mənbələrinin inkişafına qoyulan investisiyalar bunun bariz nümunəsidir. COP29 çərçivəsində Bakı öz müasir infrastrukturu və ekoloji baxımdan təkmil layihələri ilə bu tədbirə ev sahibliyi etməklə regionun ekoloji lideri kimi çıxış edir”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın təşəbbüsləri arasında "Yaşıl enerji dəhlizi" layihəsi, günəş və külək enerjisindən istifadə sahəsindəki planlar, Xəzər dənizi ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması kimi mühüm proqramlar var:

“Bu layihələr təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də Cənubi Qafqazın ümumi ekoloji sabitliyini təmin etmək məqsədini daşıyır. Belə tədbirə ev sahibliyi etməklə Azərbaycan beynəlxalq səviyyədə həm müasir inkişaf modeli, həm də ekoloji məsuliyyət sahəsində lider olduğunu nümayiş etdirir”.

Arzu Nağıyev: Ermənistanın yanaşması öz problemlərinin həllini çətinləşdirir

Arzu Nağıyevin fikrincə, Ermənistanın COP29-da iştirak etməməsi onun beynəlxalq və regional arenada sərgilədiyi destruktiv siyasətin davamıdır:

“İqlim dəyişikliyi kimi mühüm məsələdə belə rəsmi İrəvanın tədbirdən uzaq durması onun dialoqdan çəkinən və konfliktlər üzərində qurulan xarici siyasətini bir daha üzə çıxarır. Verilmiş qərar eyni zamanda Ermənistanın ekoloji problemlərə prioritet vermək əvəzinə, siyasi manipulyasiya vasitələrinə üstünlük verdiyini göstərir. Ölkədə genişmiqyaslı meşə qırılması, su resurslarının çirklənməsi və torpaq eroziyası kimi ciddi ekoloji problemlərin olduğu halda, bu məsələləri beynəlxalq platformada müzakirə etməkdən çəkinməsi Ermənistanın öz əhalisinə və gələcək nəslə qarşı məsuliyyətsiz yanaşmasını nümayiş etdirir”.

Deputat Azərbaycanın bu destruktiv mövqeyə baxmayaraq, beynəlxalq platformalarda konstruktiv əməkdaşlığı təşviq etdiyini qeyd edib:
“COP29-un keçirilməsi Azərbaycanın ekoloji problemlərə yanaşmasını regional əməkdaşlıq müstəvisində irəlilətmək məqsədini daşıyırdı. Ermənistanın iştiraksızlığı yalnız onun özünütəcridini dərinləşdirir, həm də regional əməkdaşlıq perspektivlərinə maneə yaradan əsas aktorlardan biri kimi təsdiqlənməsinə sövq edir. Azərbaycan iqlim məsələlərini geosiyasi müstəvidə də diqqətə çatdıraraq ekoloji problemlərin həllində əməkdaşlığın qaçılmaz olduğunu vurğulayır. COP29 çərçivəsində keçirilən müzakirələrdə Xəzər regionunda ekoloji balansın qorunması, transsərhəd ekoloji layihələrin reallaşdırılması və su ehtiyatlarının birgə idarə edilməsi məsələləri önə çəkildi. Bu təşəbbüslər təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə xidmət edir”.

Son olaraq deputat COP29-un Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq arenada artan rolunu və ekoloji problemlərin həllində qlobal əməkdaşlıq ruhunu təbliğ edən bir lider dövlət olduğunu göstərdiyini vurğulayıb:

“COP29 ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını təqdim etməklə yanaşı, onun dayanıqlı inkişaf hədəflərinin miqyasını da genişləndirdi. Ermənistanın yanaşması isə yalnız onun öz problemlərinin həllini çətinləşdirir və beynəlxalq ictimaiyyət qarşısında nüfuzunu zədələyir. Azərbaycan isə onların yeritdiyi siyasətə qarşı sülh və əməkdaşlıq mesajını irəli sürərək həm iqlim dəyişikliyi, həm də regional problemlərin həlli üçün qlobal əməkdaşlığı təşviq edir. COP29-un nəticələri Azərbaycanın həm ekoloji, həm də siyasi baxımdan gələcək qlobal proseslərdə daha fəal iştirak edəcəyini və regionun inkişafında həlledici rol oynayacağını göstərir. Bu tədbir yalnız bugünkü çağırışlara deyil, həm də gələcək nəsillərin maraqlarına xidmət edən bir platforma kimi yadda qalacaq”.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri