Ermənistanın ədliyyə naziri Müstəqillik Bəyannaməsinə dəyişikliklə bağlı məsələyə aydınlıq gətirib
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gələn həftə Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclası keçiriləcək.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan hökumət üzvlərinin iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sentyabrın sonuna qədər şuranın daha bir iclası keçiriləcək, ondan sonra isə iclaslar mütəmadi baş tutacaq.
Bu iclaslarda Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsinin mümkünlüyünə baxılıb-baxılmayacağına dair suala cavab verən nazir qeyd edib ki, qarşıdakı müzakirələrin gündəliyinə bu məsələ daxil edilməyib.
"Əgər bu məsələ gündəliyə salınarsa, ictimaiyyətə məlumat veriləcək", - Srbuhi Qalyan bildirib.


