Erməni nazir: Konstitusiyadan Müstəqillik bəyannaməsinə istinadın çıxarılması müzakirə edilmir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ermənistanın yeni Konstitusiyasının mətni 10 ay sonra hazır olacaq.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Srbui Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Ədliyyə naziri deyib ki, sənəd hazırlanma mərhələsindədir, müxtəlif variantlar müzakirə olunur.
Srbui Qalyan Baş nazir Nikol Paşinyanın son bəyanatına da toxunub. Belə ki, nazir vurğulayıb ki, Müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi müzakirə edilməyib.
Qeyd edək ki, Paşinyan bir müddət əvvəl bildirib ki, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır.
Xatırladaq ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















