Icma.az
close
up
RU
Ermənistanın indiki hakimiyyəti heç bir halda özündən əvvəlkilərdən fərqlənmir

Ermənistanın indiki hakimiyyəti heç bir halda özündən əvvəlkilərdən fərqlənmir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəs rejmini pozmağa davam edir.

Son zamanlar davamlı olaraq atəşkəsin pozulması nəyin göstəricisidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Ermənistanın atdığı sonuncu addımlar onu göstərir ki, bu ölkənin ümumiyyətlə Azərbaycanla sülhlə bağlı elementar bir təsəvvürləri belə yoxdur:

"Ermənistan Cənubi Qafqaz bölgəsi üçün ancaq provakasiyalar törətmək və bölgəni qarşıdırmaq missiyasını üzərinə götürüb. Son 1 ay ərzində Ermənistanın dayanmadan dəfələrlə atəşkəsi pozması, eyni zamanda bütövlükdə ölkəmiz əleyhinə müxtəlif siyasi bəyanatlar səsləndirməsi, həmçinin Ermənistan və onun havadarlarının Azərbaycanı hədəf alması, ölkəmiz haqqında həqiqətdən kənar, boğazdan yuxarı yalanı real məsələ imiş kimi müxtəlif platformalarda yayması onu göstərir ki, bu gün Ermənistanın Azərbaycanla bağlı siyasəti ənənəvi revanşist siyasətin davamıdır. Nikol Paşinyan özünü nə qədər də əvvəlki dövrlərdəki revanşist hakimiyyətlərdən fərqli göstərməyə çalışsa da, faktiki ortada olan məqam ondan ibarətdir ki, Ermənistanın indiki hakimiyyəti heç bir halda özündən əvvəlki hakimiyyətlərdən fərqlənmir".

Politoloqun sözlərinə görə, Paşinyanın bütün fəaliyyəti birmənalı şəkildə Azərbaycanın əleyhinə təbliğatdan ibarətdir.

"Əlbəttə ki, bütün bunlar vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Azərbaycanın barış, bölgədə ədalətin əldə edilməsi ilə bağlı çağırışları, eyni zamanda səmimi münasibətləri mövcuddur. Amma faktiki olaraq Ermənistan Azərbaycanın bu mövqesinə və çağırışlarına qiymət vermir. Nəticədə bu gün Cənubi Qafqaz bölgəsi üçün müharibə təhdidləri yaratmağa davam edir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri