Icma.az
close
up
RU
“Rusiya seçki öncəsi anti Paşinyan cəbhəsini öz tərəfinə çəkmək istəyir” ŞƏRH

“Rusiya seçki öncəsi anti Paşinyan cəbhəsini öz tərəfinə çəkmək istəyir” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Rusiyanın təbii olaraq Qarabağda erməni separatizmi və erməni terrorçu qüvvələri mövcud olanda daha güclü əli və mövqeyi vardı. Üstəlik, Rusiya sülhməramlıq qüvvələri adı altında qoşunlarını da Qarabağda saxlayırdı. Əgər o dövrdə Rusiya Qarabağ ermənilərini Azərbaycana qarşı istifadə edə bilmədisə, indi, post-faktum olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, Rusiyanın bundan istifadə etməsi mümkün deyil”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Rusiyanın sadəcə olaraq Qarabağ erməniləri kartını gündəmə gətirməsi, Ermənistan ictimaiyyəti arasında seçki öncəsi anti-Paşinyan cəbhəsini öz tərəfinə çəkmək məqsədindən ibarətdir. Maraqlısı isə budur ki, bu kartı yalnız Rusiya oynamır. Avropa İttifaqı da strateji gündəmdə “Qarabağ erməniləri” və “Dağlıq Qarabağ” kimi terminləri diplomatik etiket qaydalarına uyğun olmayan şəkildə işlətdi. Əgər Avropa İttifaqı bununla Paşinyana dəstək vermək niyyətində idisə, bu dəstək daha çox simvolik xarakter daşıyır”.

Deputatın fikrincə, Paşinyanın əleyhinə olan qüvvələr, istər erməni kilsəsi, istər erməni diasporu  ona qarşı əsasən Qarabağı xəyanət etməkdə və Qarabağ ermənilərinin hüquqlarını qorumaqda uğursuz olmaqla hücum edirlər.

“Beləliklə, Qarabağ erməniləri kartı Rusiya tərəfindən Paşinyanın əleyhinə, Avropa İttifaqı tərəfindən isə Paşinyana dəstək kimi təqdim olunur.

Lakin həm Rusiya, həm Avropa İttifaqı kontekstində, bu kart artıq Azərbaycana qarşı heç bir effektə malik deyil və istifadəsi mənasızdır”-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri