Icma.az
close
up
RU
Ermənistanın köhnə ritorikası sülh gündəliyinə ziddir

Ermənistanın köhnə ritorikası sülh gündəliyinə ziddir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan mediasının bir sıra resurslarında verilən reaksiyalar regionda formalaşmış yeni reallıqları qəbul etməməyin növbəti nümunəsidir.

Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatik nümayəndənin iştirakı təsadüfi deyil. Xarici diplomatların bölgəyə səfəri onların Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mövcud reallıqla yerində tanış olmalarına imkan yaradır. Səfər çərçivəsində Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sosial-iqtisadi inkişaf prosesi nümayiş etdirilib.
Ermənistan mediasının səfəri “işğal olunmuş Artsax” və “işğal olunmuş Şuşa” kimi təqdim etməsi isə yalnız siyasi ritorikadır və beynəlxalq hüquqi reallığı dəyişmir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bütün ərazisində bərpa edib. Bu reallıq artıq diplomatik təmasların və beynəlxalq nümayəndələrin bölgəyə səfərlərinin praktikasında da öz əksini tapır.
Xüsusilə diqqətçəkən məqam erməni mediasının xarici diplomatların Şuşa və digər ərazilərdəki səfərini tənqid etməsi və ayrı-ayrı diplomatları hədəfə çevirməsidir. Diplomatik nümayəndələrin Azərbaycanın ərazisində səfər etməsi onların suveren Azərbaycan dövlətinin ərazisində legitim fəaliyyətidir. Buna görə də bu səfərləri “təxribat” kimi təqdim etmək əsassızdır.
Ermənistan mediasının Gəncəsər, Xudavəng və digər dini-mədəni abidələr ətrafında manipulyativ iddiaları da eyni yanaşmanın tərkib hissəsidir. Azərbaycan bütün dini və mədəni irsin qorunmasını, bərpasını və beynəlxalq ictimaiyyətə təqdim edilməsini təmin etdiyini bildirir. Xarici diplomatların bu abidələrlə yerində tanış olması isə əksinə, müxtəlif iddiaların obyektiv şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Əslində, Ermənistan mediasının bu cür emosional reaksiyası bir suala cavab verməlidir: əgər Ermənistan Azərbaycanla sülh və qarşılıqlı ərazi bütövlüyünün tanınması xəttini dəstəkləyirsə, Azərbaycanın beynəlxalq ictimaiyyət nümayəndələrini öz ərazisində qəbul etməsinə niyə etiraz edir? Bu baxımdan, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri hər hansı ölkəyə qarşı yönəlmiş addım deyil. Bu, Azərbaycanın öz ərazisində həyata keçirdiyi açıq diplomatik fəaliyyət, bərpa-quruculuq prosesinin beynəlxalq nümayəndələrə nümayiş etdirilməsi və bölgədə yaranmış yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ermənistan mediasının köhnə terminologiya və emosional ritorika ilə bu reallığı dəyişmək cəhdi nəticəsizdir. Regionda yeni mərhələ başlayıb və bu mərhələnin əsasında suverenlik, ərazi bütövlüyü, qarşılıqlı hörmət və sülh dayanmalıdır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri