Icma.az
close
up
RU
Milli Məclisin komitə sədri: Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir

Milli Məclisin komitə sədri: Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb: “Vaxtilə neftin büdcə qiyməti 25-30 dollar arasında olub. Yeni çağırışlar fonunda istifadə etmədiyimiz resurslar hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür. Hazırda Dövlət Neft Fondunun ehtiyatları 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına sahib olduğunu göstərir. Fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir".

Azər Əmiraslanov qeyd edib ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır: "Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Onların əsassız fikirləri ilə bağlı bəzi məqamları qeyd edim. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil. Büdcənin hərbiləşdirilməsi meylləri məlum ölkə üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 %-ə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70 %, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri