Icma.az
close
up
RU
Ermənistanın Qazax istiqamətindəki hərəkətləri: Təsadüf, yoxsa təxribat?

Ermənistanın Qazax istiqamətindəki hərəkətləri: Təsadüf, yoxsa təxribat?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

7 aprel 2025-ci il tarixində Azərbaycanın Qazax rayonu istiqamətində qeydə alınan hadisələr Ermənistanın Azərbaycanın sərhədyanı yaşayış məntəqələri yaxınlığında taktiki fəallığın yeni mərhələsinə keçdiyini açıq şəkildə göstərir. Bu hərəkətlər təsadüfi deyil - əksinə, sərhədyanı bölgədə vəziyyətin gərginləşdirilməsinə və sabitliyin pozulmasına yönəlmiş sistemli addımlar zəncirinə daxildir.

Oxu.Az xəbər verir ki, bu fikirlər Caliber.az saytında dərc edilən təhlildə yer alıb.

Yazıda qeyd olunur ki, 7 aprel saat 18:15-də Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında, şərti sərhəddən təxminən 115 metr məsafədə Ermənistan ordusuna məxsus ön xətt mövqelərindən birində aktivlik müşahidə olunub. Belə ki, həmin postda yerləşən iki hərbçidən biri qəsdən iriçaplı atıcı silahı Azərbaycan istiqamətinə tuşlayıb. Atəş açılmasa da, bu hərəkət açıq şəkildə və nümayişkaranə təxribat xarakterli olub.

Müəllif qeyd edir ki, bu formalı hərəkətlər nə ön xətdəki əsəb pozğunluğu, nə də epizodik improvizasiyadır. Bu, planlaşdırılmış taktiki təzyiq sxeminin bir hissəsidir. Məqsəd isə idarəolunan gərginlik yaratmaq və psixoloji təsir mexanizmini işə salmaqdır. Bu model İrəvana "sabitlik" görüntüsü yaratmağa imkan verir, halbuki reallıqda vəziyyət daha da pisləşir. Hər bir belə jest bütün təmas xətti boyunca vəziyyəti tədricən gərginləşdirmək strategiyasına daxildir.

Sayt yazır ki, həmin gün (7 aprel) qeydə alınan digər bir epizod daha ciddi narahatlıq doğurur. Belə ki, Qazax rayonunun Kəmərli kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinə məxsus mövqelərdə 122 mm-lik "D-30" haubitsalarının yerləşdirildiyi müşahidə edilib. Təxminən altı kilometr məsafədə yerləşən bu artilleriya qurğuları Azərbaycanın həm hərbi, həm də mülki obyektlərini hədəfə almaq qabiliyyətinə malikdir. Mühüm məqam ondan ibarətdir ki, bu silahlar birbaşa Azərbaycan ərazisindəki hədəflərə yönəldilib. Bu, nə texnika saxlanması, nə də şəxsi heyətin rotasiyasıdır - bu, konkret döyüş istifadəsi üçün nəzərdə tutulan mövqe seçimidir.

Müəllif vurğulayır ki, qeyd olunan artilleriya sistemləri sovet istehsalıdır və Ermənistan ordusunun arsenalında uzun illərdir yer alır:

"Amma diqqəti cəlb edən əsas məsələ silahların növü deyil, onların harada və hansı məqsədlə yerləşdirilməsidir. Niyə haubitsalar indi sərhəd zonasındakı mövqelərə yerləşdirilir? Aydın məsələdir ki, bu, mümkün təxribat üçün hazırlıqdır. Bu kontekstdə təbii sual yarana bilər: Niyə Fransa və Hindistanın Ermənistana verdiyi müasir modellər deyil, köhnəlmiş artilleriya sistemləri ön plana çəkilir? Axı məlumdur ki, Paris və Nyu-Delhi son vaxtlar Ermənistanı müasir silahlarla doldurmaq üçün səylərini artırıblar ki, bu barədə Caliber.az dəfələrlə məlumat yayıb. Cavab isə sadədir - bu sistemlər artıq tam mənimsənilib və texniki xidmət tələb etmir. Onların əsas rolu sabit vizual təhlükə yaratmaq və gərginlik mühiti formalaşdırmaqdır. Müasir silahlar isə ehtimal ki, arxa cəbhədə daha dəqiq və konkret tapşırıqlar üçün ehtiyatda saxlanılır. Beləliklə, Ermənistan ikiqat strategiya qurur: təzyiq üçün köhnə silahlar, çevik müdaxilə üçün yeni texnika.

Lakin Ermənistan rəhbərliyi və onun müttəfiqləri bilməlidirlər: Azərbaycan düşmənin bütün fəaliyyətini yaxından izləyir. Kəşfiyyat vasitələrimiz mövcuddur, toplanan məlumatlar təhlil edilir və nəticələr çıxarılır. Azərbaycanın heç bir təxribata uymayacağı açıqdır, lakin hər hansı təhlükə cavabsız qalmayacaq - xüsusilə də mülki əhalinin yaşadığı bölgələrdə. Azərbaycan Ordusunun cavabları həmişə dəqiq, ölçülmüş və məqsədyönlü olub. Əgər Ermənistan növbəti təxribatlara əl atarsa, Bakı lazım olan reaksiyanı verəcək - hüquqa, faktlara və hərbi üstünlüyə əsaslanaraq. Unutmaq olmaz: hərbi logistikada təsadüflər olmur. Silahların tuşlanması, artilleriyanın yerləşdirilməsi və addımların sinxronluğu - bunlar təsadüfi, kortəbii deyil, hazırlıqdır. Və bu hazırlıq diqqətdən kənarda qalmadı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri