Icma.az
close
up
RU
Ermənistanın Qərbi Azərbaycan qorxusu: İrəvan həqiqəti necə təhrif edir?

Ermənistanın Qərbi Azərbaycan qorxusu: İrəvan həqiqəti necə təhrif edir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə xidmətin İrəvan üçün görəcəyi riskləri təqdim edən ilk açıq hesabatını dərc edib. Ermənistan xarici kəşfiyyatına görə, bu il Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi hücumu ehtimalı yüksək deyil.

Lakin qurum əlavə edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə sülhün və diplomatik münasibətlərin qurulmaması dövlətlərarası münasibətlərin gərgin saxlanılması üçün real risk yaradır. Üstəlik, xidmət Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.

Yəni ermənilərin Xarici Kəşfiyyat Xidməti həm sülh və diplomatik münasibətlərdən danışır, həm Azərbaycanın Ermənistana hücum edəcəyini hesab etmir. Lakin bununla yanaşı, ziddiyyətli mövqe sərgiləyərək etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını hərbi-siyasi risk kimi təqdim edir.

Təbii ki, Azərbaycanın başqa ölkələrin ərazisində gözü yoxdur, rəsmi Bakı münasibətlərini milli maraqlar və beynəlxalq hüquq çərçivəsində qurur, mövqeyini bu istiqamətdə formalaşdırır. Üstəlik, Ermənistan müharibədə məğlub olduğu halda, Azərbaycan bu ölkəyə regionda əmin-amanlıq üçün sülh əlini uzadıb. Qərbi azərbaycanlıların dədə-baba yurdlarına ləyaqətli və dinc yolla qayıdışı isə Azərbaycan üçün prioritet məsələlərdəndir. Deməli, İrəvanın bu mövqeyi absurd, haqq işini təhrif etməyə xidmət edən və irqçi siyasətin növbəti göstəricisidir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan Xarici Kəşfiyyat İdarəsinin yaydığı hesabatda Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsinin İrəvan üçün hərbi-siyasi risk kateqoriyasına daxil etməsi hüquqi məsələnin siyasiləşdirilməsi, həqiqətin təhrif edilməsi və dinc qayıdış məqsədlərinin siyasi spekulyasiya mövzusuna çevrilməsidir:

"Çünki Qərbi Azərbaycana qayıdış konsepsiyasında sadəcə hüquqi məsələlərdən, yəni 1987-1991-ci illərə qədər Ermənistan vətəndaşı olmuş azərbaycanlıların vətəndaşlıq hüquqlarının yenidən bərpa olunmasından söhbət gedir. Əgər bu məsələ öz-özlüyündə hər hansı bir hərbi-siyasi risk daşısa idi Qərbi azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciəti qurumun səhifəsində Baş Assambleyanın sənədi kimi yayılmazdı. Yəni bu faktın özü bir daha onu göstərir ki, bu qayıdış sadəcə hüququ məsələdir, heç bir halda siyasi və qətiyyən hərbi məsələ deyil".

"Burada pozitiv olan məqam isə budur ki, artıq Ermənistanda da dərk edirlər ki, qayıdış olmalı, Qərbi azərbaycanlılar öz hüquqlarını bərpa etməlidirlər. Bu isə həqiqətin, reallığın və mümkün perspektivlərin etirafıdır. Bundan qorxmaq ermənilərin azərbaycanlılara qarşı hələ də davam edən etnik fobiyasının göstəricisidir. Bu etnik nifrət azərbaycanlılara qarşı o qədər çoxdur ki, hətta xüsusi ixtisaslaşmış təhlükəsizlik xidməti belə bu məsələni hərbi-siyasi məsələ kimi təqdim edir. Ancaq bunun heç bir əsası yoxdur", - deyə müsahibimiz diqqətə çatdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Yanvar 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri