Icma.az
close
up
RU
Ermənistanın qırılma anı 2020 ci ildə hazırlanan sirli plan işə düşür

Ermənistanın qırılma anı 2020 ci ildə hazırlanan sirli plan işə düşür

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsinin keçmiş prezidentlərini yenidən hədəf alıb və onları ittiham edib. Paşinyan, 2020-ci il Qarabağ müharibəsindəki məğlubiyyətin məsuliyyətini üç sabiq prezidentə – Levon Ter-Petrosyan, Robert Köçaryan və Serj Sərkisyana aid edib.

Bu, birinci hal deyil. Paşinyan tez-tez sabiq prezidentləri bu qəbildən ittihamlarla gündəmə gətirir.

Bu vəziyyətin yaranma səbəbi nədir? Ermənistanın Rusiyaya bağlı müxalifətinin fəallaşması, ya başqa amillər?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla bu ölkənin köhnə prezidentləri arasındakı münasibətlər İkinci Qarabağ müharibəsindən sonra daha kəskin xarakter almağa başladı:

“Belə ki, Ermənistanın təslimçi məğlubiyyəti fonunda işğalçı dövlətin hazırkı baş naziri və köhnə liderləri bir-birlərini təqsirləndirməklə 2026-cı ilə planlaşdırılan parlament seçkilərində xal qazanmağa çalışırlar.

Müharibədən sonra da Nikol Paşinyana edilən təzyiqlər 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra artsa da, dövlətin yükü müəyyən qədər azaldı. Çünki Ermənistan dövləti qəbul etməsə də, hər zaman Azərbaycanın Qarabağ bölgəsindəki qondarma quruma hərtərəfli dəstək göstərirdi.

Azərbaycan dövlət suverenliyini bərpa etdikdən sonra isə Nikol Paşinyan ölkəmizə qarşı əlində heç bir siyasi təzyiq vasitəsinin qalmadığını anladı və normallaşmaya və güzəştlərə getməyə məcbur oldu. Sabiq prezidentlər isə 30 il ərzində müxtəlif dövlətlərin dəstəyi ilə əlində saxladıqları Azərbaycan torpaqlarının itirilməsini bu gün də qəbullana bilmədikləri və köhnə müttəfiqlərindən uzaqlaşmağa doğru getdikləri üçün Nikol Paşinyanın ölkə daxilində reputasiyasını heçə endirməyə çalışırlar”.


Elmir Səftərov

Elmir Səftərovun sözlərinə görə, köhnə prezidentlərlə hazırkı baş nazir arasındakı münasibətləri pisləşdirən digər məqamlardan biri də 2024-cü ilin dekabrında Nikol Paşinyanın keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra şərhlər dərc etməsindən sonra genişləndi:

“O, 1994-cü il atəşkəsindən sonra danışıqların yalnız “Dağlıq Qarabağın Azərbaycana qaytarılması” üzərində getdiyini iddia edib. Bəyanat, xüsusilə Ermənistanın keçmiş liderlərinin müttəfiqləri və partiya üzvləri tərəfindən tənqidə səbəb oldu və onlar iddianı qəti şəkildə rədd etdilər.

Nikol Paşinyanın rəqibləri və sabiq prezidentlər 2021-ci ildəki seçkiqabağı təşviqat kampaniyasında Qarabağa yenidən iddianı onun vədi kimi gündəmə gətirir, hazırda bu məsələdən geri durmağı isə bir növ baş nazirin xalqı aldatması kimi təqdim edirlər.

Bundan əlavə, onlar erməniləri inandırmağa çalışır ki, Nikol Paşinyanın səriştəsizliyi nəticəsində sülhə gedən yolda təkcə Ermənistan güzəştə getməyə məcbur edilib.

Bəzi müxaliflər bu sövdələşməni 2020-ci ildəki kapitulyasiyadan sonra “ikinci təslimiyyət” kimi qələmə verirlər.

Nikol Paşinyanın şərhləri Azərbaycanla Ermənistan arasında otuz ildən çox davam edən münaqişədən sonra tarixi sülh sazişinin şərtlərini razılaşdırdıqlarını elan etməsindən bir neçə həftə sonraya təsadüf etməsi də diqqətləri cəlb edir.

Nikol Paşinyan, həmçinin bununla müxalifəti ciddi şəkildə zəiflətməyə, xarici siyasətdəki və dövlət qanunvericiliyindəki dəyişiklikləri rahatlıqla həyata keçirtməyə, addımlarını sərbəst atmağa və onların təzyiqlərindən qurtulmağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri