Icma.az
close
up
RU
“Ermənistanın siyasəti 70% Qərb, 30% isə Rusiya ilə bağlıdır…”

“Ermənistanın siyasəti 70% Qərb, 30% isə Rusiya ilə bağlıdır…”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Paşinyan Qərbdən ciddi dəstək aldığına görə onları neytrallaşdırmağı bacarır. Lakin Ermənistan iqtidarı Rusiya amilini də tam şəkildə kənara qoymur…”

“Ermənistan,  Paşinyan hakimiyyəti artıq seçimini edib- qərbyönümlü siyasət yeridir. Qərbə inteqrasiya etmək, Qərbdən dəstək almaq istəyir. Həm maliyyə, həm də siyasi cəhətdən Qərbdən ciddi dəstək əldə edir və bu dəstəklərə əsaslanaraq siyasətini həyata keçirir. İqtidarın rəqibləri, müxalifət hesab edilən qüvvələr, eləcə də kilsə, demək olar ki, Rusiya tərəfindən idarə olunur.  Amma Paşinyan Qərbdən ciddi dəstək aldığına görə onları neytrallaşdırmağı bacarır. Lakin Ermənistan iqtidarı Rusiya amilini də tam şəkildə kənara qoymur. Çünki Moskva da istədiyi vaxt təxribatlar törədə bilər. Odur ki, Rusiya ilə münasibətləri qorumaqda davam edir”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı “Paşinyanın son Avropa və Moskva səfərindən sonra Ermənistan açıq dilemma qarşısında qoyulub: ya Aİ, ya Aİİ? Sizcə, hansı yol seçiləcək?” sualını cavablandırarkən ifadə edib.

“Və Paşinyan, dediyiniz kimi, son Avropa səfərindən sonra Moskvaya da səfər etdi. Rusiya rəhbərliyi ilə görüşlər zamanı müəyyən məsələlər barədə müzakirələr də olub, hər halda razılığa gəliblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdi ki, Ermənistan hələ də KTMT-dən çıxmayıb. Rəsmi İrəvan sanki bu vəziyyətlə  Kremllə münasibətlərə bir balans gətirmək istəyir.  Həmçinin baş nazir Paşinyan bildirdi ki,  Avrasiya İqtisadi İttifaqının üzvü kimi əməkdaşlığa hələ davam edəcəklər. Bu minvalla təxmini desək, Ermənistanın siyasəti 70% Qərb, 30% isə Rusiya ilə bağlıdır”, - deyə partiya sədri davamında bildirib.

Həmsöhbətimiz hesab edir ki, Avropa Birliyinin Ermənistana qarşı mövqeyi sərt deyil: 

“Yəni Avropa Ermənistanın Rusiyadan tamamilə uzaqlaşmasını tələb etmir. Eyni zamanda Rusiya da Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinə loyal yanaşır, çünki başqa çıxış yolu yoxdur. Kreml başa düşür ki, Ermənistanı tam şəkildə öz təsiri altına qaytara bilmir, oradakı rusiyapərəst qüvvələrin, müxalifətin də kilsənin də mövqeləri zəifdir. Ona görə də Ermənistanla əməkdaşlıqlarını davam etdirirərək şanslarını saxlamağa çalışırlar.  Avropa da anlayır ki, Ermənistan Rusiyadan tamamilə uzaqlaşarsa, ölkə üçün böyük problemlər yarana bilər. 

Bir sözlə, hər iki tərəf Ermənistan vasitəsilə Cənubi Qafqazda və regionda geo-siyasi imkanlarını qoruyub saxlamağa çalışırlar. Çünki Azərbaycan tamamilə müstəqil siyasət yeridir və nə Qərbin, nə də Rusiyanın təsiri altındadır. Gürcüstan uğrunda da mübarizə davam edir, ölkə Qərbin ciddi sanksiyalarına məruz qalır. Amma Rusiya da orada öz mövqeyini tam möhkəmləndirə bilmir.”

“Bu səbəblərdən belə qeyri-müəyyən, ikili vəziyyət var. Bəlkə də bu hələ uzun müddət davam edə bilər. Çünki müasir dünyada münasibətlər yalnız "ağ" və "qara" məntiqi, Aristotel məntiqi ilə ölçülmür,  hazırda yanaşmalar qeyri-səlis məntiq ilə ölçülür. Bu qeyri-səlis məntiq iqtisadiyyatda, texnologiyada və digər sahələrdə uğurla sınaqdan çıxdığına görə siyasətdə də tətbiq edilir. Bu yanaşmalar həmçinin beynəlxalq münasibətlərdə də öz əksini tapır və  uzun müddət davam edəcək kimi görünür. Və təbii ki, bu Cənubi Qafqazda, həmçinin Ermənistanda da özünü biruzə verəcək”, - deyə Akif Nağı vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri