Icma.az
close
up
RU
“Ermənistanın taleyi daha çox Türkiyə və Azərbaycana bağlı olacaq” Millət vəkili

“Ermənistanın taleyi daha çox Türkiyə və Azərbaycana bağlı olacaq” Millət vəkili

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Ararat Mirzoyan və ABŞ  Dövlət Katibi Entoni Blinken arasında görüş baş tutdu. Bu görüşdə də tərəfdaşlıq haqqında saziş imzalanıb. Ancaq bir çox suallar yaranır. Çünki faktik olaraq Bayden administrasiyası bir neçə gün sonra öz fəaliyyətini dayandıracaq”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, artıq Donald Trampın yeni administrasiyası bu funksiyaları yerinə yetirməyə başlayacaqdır:
“Belə bir məqamda bu sənədin imzalanması nə üçün lazımdır və ümumiyyətlə bu sənəd hansısa bir fayda verəcəkmi? Bildiyiniz kimi, uzun zamandır ki, Entoni Blinken və ümumiyyətlə, Bayden hökuməti Ermənistanı açıq şəkildə dəstəkləyir. Böyük ehtimalla bu sənədin imzalanmasını elə ən çox istəyən də Ermənistan tərəfi idi. Çünki aparılan və qurulan əlaqələrin davamlı olmasını Ermənistan tərəfi istəyir, ancaq faktik olaraq bu şübhə altındadır. Çünki Donald Trampın ondan öncə imzalanılan və götürülən öhdəlikləri nə dərəcədə yerinə yetirib-yetirməyəcəyi sual doğurmaqdadır. Xüsusilə də Tramp hökumətinin administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin Bayden yanaşmasından tamamilə fərq olacağı artıq heç kəsə sirr deyil”.
Millət vəkili onu da vurğulayıb ki, istənilən halda bu sənədin imzalanması Ermənistan üçün ümidlər  yaratmaqdadır:
“Bununla yanaşı, bəlkə də bu görüşlər paralel olaraq, gizli şəkildə Tramp administrasiyasıyla yaxşı münasibətləri qura bilmək üçün Ararat Mirzoyan gizli görüşlər də keçirə bilər. Erməni lobbisinin, erməni diasporanın bu prosesdə aktivlik göstərdiyi də heç kəsə sirr deyil. Ancaq istənilən halda unutmamalıyıq ki, Amerikada keçirilən prezident seçkiləri öncəsi, hətta debatlar başlamadan öncə Ermənistan siyasi rəhbərliyi Bayden tərəfdən çıxış edirdi. Faktiki olaraq Baydenin yenidən prezident seçilməsini dəstəkləyirdilər. İnanmıram ki, bu sənədin imzalanması Tramp tərəfindən dəstəklənsin və yaxud burada götürülən hansısa öhdəliklər  yeni administrasiya tərəfindən davam etdirilsin. Bu sənədin imzalanması və Tramp administrasiyasının isə hansısa bir hissəsinin yerinə yetirilməsi ilə bağlı ümidlərin olması ilə əlaqədərdir. Hesab edirəm ki, Amerikanın Yaxın və Orta Şərq və Cənubi Qafqazla bağlı, ümidləri  bizim regionumuzla bağlı olan yanaşması tamamilə dəyişəcəkdir, xüsusilə də Türkiyənin Yaxın və Orta Şərqdə oynadığı rol Cənubi Qafqazda da artırılacaqdır.
Ermənistanın taleyi daha çox Türkiyə-Azərbaycanla bağlanacaq. Bu sənəd faktiki olaraq Ermənistan-Azərbaycan münasibətlərində elə də mühüm rol oynamayacaq. Ermənistanın öhdəliklərindən boyun qaçırmağa da heç bir xidmət göstərməyəcəkdir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri