Icma.az
close
up
RU
Ermənistanın təklif etdiyi yollar Azərbaycan üçün əhəmiyyətli deyil

Ermənistanın təklif etdiyi yollar Azərbaycan üçün əhəmiyyətli deyil

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşımalar üçün Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutunun açılmasını təklif edib.

O bildirib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, rəsmi İrəvan bu istiqaməti dərhal tranzit üçün istifadəyə verməyə hazırdır: “Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da əlavə edib ki, Yerasx (Arazdəyən)-Sədərək istiqaməti də açılmalıdır. “Bu, regiondakı infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır”, – Mirzoyan bildirib.

Azərbaycan tərəfi hələlik təkliflərə münasibət bildirməyib. 

“Azərbaycan üçün prioritet Zəngəzur dəhlizidir”

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaradıb:

“Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına əsasən, indiyədək Zəngəzur dəhlizinin açılması təmin olunmalı idi. Çünki bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir.  Zəngəzur dəhlizinin bərpası ilə  Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi daha böyük rəqəmlərlə ifadə ediləcək. Bu dəhliz yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək. Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı,  Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub-Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.

Bu ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, yəni Zəngəzur dəhlizinin açılması da öz əksini tapıb”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan üçün prioritet Zəngəzur dəhlizinin açılmasıdır:

“Son günlər Ermənistan tərəfindən yükdaşıma üçün müxtəlif marşrutlar təklif edilir. Azərbaycan regionda nəqliyyat - kommunikasiyaların açılmasının tərəfdarıdır və bu istiqamətdə konstruktiv mövqe ortaya qoyur. Amma ölkəmiz üçün prioritet məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bugünlərdə möhtərəm Prezidentimiz İlham Əliyev dost Qazaxıstana dövlət səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda keçirilən Sammit geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq. Dövlətimizin başçısı bildirdi ki, ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”.

“Ermənistanın təklif etdiyi yol Azərbaycan üçün əhəmiyyət daşımır”

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, hazırda Ermənistanın təklif etdiyi bu yollar Azərbaycan üçün heç bir önəmə sahib deyil:

“Qeyd olunan təkliflər yeni deyil. 2022-ci ildə  Ermənistan Baş naziri Nikol Paşinyan buna bənzər olaraq Sədərək-Kəlbəcər-Qubadlı keçid məntəqələrinin avtomobil yolu üçün və həmçinin Arazdəyənlə-Sədərək arasında dəmiryolunun açılmasını təklif etmişdi. Azərbaycan tərəfinə bunlar heç bir şey vermir. Bizim Gürcüstan, lazım olarsa, İran üzərindən Türkiyəyə çıxışımız var. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə çıxışımız mövcuddur. Bizə əsas vacib olan Naxçıvana qısa çıxışın olmasıdır. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın uzaqgörənliyi nəticəsində tək Ermənistan üzərindən deyil, həmçinin İran üzərindən Araz dəhlizinin icrası ilə bağlı da işlər görürük. Son məlumatlara görə artıq gələn ilin martında Araz dəhlizi istiqamətində görülən işlərin avtomobil seqmenti açılacaq. Bu yaxınlarda cənab Prezident Qazaxıstanda Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması üçün qoyulan bütün qadağaları aradan qaldırıldığını elan etdi. Erməni tərəfi buna kontr-arqument kimi avtomobil yolu təklif edib. Amma həmin avtomobil yolu Azərbaycana heç nə vermir. Ermənistanın əsas hədəfi Türkiyə və İran istiqamətində olan yolların açılmasıdır. Bundan istifadə üçün də bir şey təklif etməlidir. Ermənistan-Türkiyə sərhədi 30 ildən çoxdur ki, bağlıdır.Zəngəzur dəhlizindən sonra güman ki, bütün kommunikasiyalar açılacaq. Onların təklif etdiyi Marqara keçid məntəqəsi Sədərəkdən biraz yuxarıda yerləşir. Bu məntəqə bir günlük zəlzələ dövründə və 10 günlük olmaqla iki dəfə açılıb. Marqaradan üzü Gorusa onların elan etdiyi yol Şimal-Cənub dəhlizinin bir seqmentidir. Orada heç bir iş görülməyib, iki zolaqlı yoldur. Gorusdan Korndizor və bizim Laçın yoluna alternativ yol var. O yol da böyük yük axını üçün nəzərdə tutulmayıb. Bu yol sonradan aşırımlara keçir. Hazırda da Qarabağda tikinti işləri gedir. Bu Yevlax-Xocalı-laçın yoluna gəlib çıxır. Orada  böyük yük trafikinə uyğun deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycan əsas məqsədi Naxçıvana daha qısa çıxış əldə etməkdir:

“Alternativ o ola bilərdi ki, sərhəddəki körpüdən üzü cənuba Xudafərin-Qubadlı-Laçın yolu açılsın. Orada da tikinti işləri gedir. Bu gün həmin yol Azərbaycan üçün münasib deyil. İkincisi də Türkiyəyə getmək üçün bütün kommunikasiyaların açılmasını biz də istəyirik. Amma  ilk olaraq bizim üçün Naxçıvana qısa yol lazımdır. Digər marşrutların da bir deyil, bir neçə olması üstünlükdür. Bu gün Ermənistanın  düşünürəm ki, daha ciddi təklifi olardı ki, işləri daha  sürətli icra edib, Nüvədi kəndindən üzü Zəngilan istiqamətində yolu açsın. Partlayış işləri orada bu il görülüb, torpaq yataqlarının tikilməsi və qısa zaman ərzində  avtomobil yolunun açılması ciddi arqument, təklif olar. 2028-ci ilə kimi Zəngəzur dəhlizinin açılması nəzərdə tutub. Bu da irəliləyən illərin nəticəsi olacaq. İndi bu dəqiqə təklif olunan marşrutlar bizə ciddi bir alternativ vermir. İran üzərindən tikilən marşrutun avtomobil yolu üzrə artıq gələn il təhvil verilməsi nəzərdə tutulub. Ermənistan  istiqamətindən də bu işlər daha intensiv  görülərsə, bax, bu, ciddi təklif olar”.

Sonda R.Ağamirzəyev qeyd edib ki, ümumi olaraq, hər yol öz-özlüyündə multi effekt verir:

“Belə yollar sərhədyanı ticarəti artırır. Yol hərəkətə gələndən sonra öz-özlüyündə bir inkişaf olacaq. Amma böyük yük axınından söhbət gedir. 43 kilometrlik ərazidən keçməklə, Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş baxımından, həm də Türkiyəyə qısa çıxış baxımından maraqlıdır. Amma təklif olunan yol 277 kilometrlik  məsafəni qət edib, dağlıq  yollara gəlib çıxmaq bu gün bizə nəsə vermir.  Gələcəkdə bu yollardan alternativ kimi istifadə etmək olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri