Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir ŞƏRH

Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton müzakirələri göstərdi ki, cənab İlham Əliyev prosesin bütün mərhələsində Azərbaycanın maraq və mənafeyini uğurla təmsil edir


Azərbaycan və Ermənistan arasında sülh sazişinin Ağ Evdə paraflanması bölgəmizə dayanıqlı sülh gətirdi. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Azərbaycan - Ermənistan normallaşması prosesində atılan hər addım, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin buna dəstək verərək şahidlik etməsi bütün siyasi dairələrin maraqla izlədiyi gündəmlərdən biridir. Haqq və ədaləti müharibə yolu ilə bərpa edən Azərbaycan, indi bu prosesə siyasi müstəvidə də son nöqtəni qoydu.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtona səfəri məzmun və əhəmiyyət baxımından qlobal miqyaslı tarixi hadisədir:

"Bu, bütövlükdə region üçün yeni dövrün başlanğıcı hesab olunmalıdır. Dövlət başçımızın səfər gündəliyi iki vacib hədəfi ehtiva edirdi. Birincisi, Azərbaycan-ABŞ əlaqələrinin müasir reallıqlarla uzlaşdırılması, ikincisi isə Azərbaycan-Ermənistan sülh gündəliyinin realizəsi. ABŞ və Azərbaycan arasında əlaqələr ölkəmiz müstəqilliyini qazandıqdan sonra mürəkkəb tarixi inkişaf yolu keçib. Həmçinin dövlətlərimiz arasında iqtisadi, ticari, enerji və təhlükəsizlik sahələrində zaman-zaman böyük uğurlarla müşahidə olunan inkişaf tendensiyasına şahidlik etmişik. Lakin Bayden administrasiyası dövründə, cənab İlham Əliyevin təbiri ilə desək, münasibətlərimiz Azərbaycandan asılı olmayan səbəblərdən, daha dəqiq isə Bayden komandasının Azərbaycanla münasibətlərə Bakı-İrəvan yaxud Vaşinqton-İrəvan pəncərəsindən baxması nəticəsində faktiki olaraq sıfırlanmışdı. Eyni zamanda ötən dövr ərzində biz ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri, habelə bu quruma bağlı ayrı-ayrı "vətəndaş cəmiyyəti institutları" tərəfindən müxtəlif bəyanat və hesabatlarda hücumlara məruz qalırdıq. Üstəlik, ölkəmiz ikili standartlara əsaslanan və beynəlxalq hüquqa zidd, ədalətsiz davranışlarla üzləşirdi".


Deputat əlavə edib ki, Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlməsi ilə Bayden administrasiyasının, ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına zərbə vuran sərt gedişlərinə dur deyildi:

"Daha sonra isə bu yarıtmaz siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atılmağa başladı. Təsadüfi deyil ki, İlham Əliyev hələ ötən il Şuşa Media Forumunda açıq şəkildə bəyan etmişdi ki, ABŞ-nin həyata keçirdiyi mövcud yanlış siyasət yalnız cənab Trampın hakimiyyətə gəlməsi ilə dəyişə və Azərbaycanla çoxsaylı dəyərləri bölüşən Donald Trampın müdaxiləsi ilə vəziyyət düzələ bilər. Qısa müddət öncə Xankəndidə Şuşa Media Forumunda cənab İlham Əliyevin təkrar həmin mövqeyi ifadə etməsi, ABŞ-nin Prezidenti cənab Donald Trampın özünün sosial media hesabında Azərbaycan Prezidentinin nitqinə iki dəfə yer ayırması, o cümlədən dövlət başçımızın Vaşinqtona dəvət edilərək yüksək səviyyədə qarşılanması məhz cənab İlham Əliyevin proqnozlarında nə qədər haqlı olduğunu ortaya qoydu. Üstəlik, ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin başladığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin gündəliyinə daxil olan çox vacib digər məsələ isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində müzakirələrin aparılması və prosesin irəlilədilməsi idi."


Bəhruz Məhərrəmovun sözlərinə görə, Vaşinqtonda baş tutan müzakirələr, imzalanan sənədlər göstərdi ki, cənab İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülh gündəliyinin təşəbbüskarı kimi prosesin bütün mərhələsində Azərbaycan dövlətinin və xalqımızın maraq və mənafelərini uğurla təmsil edə bildi:

"Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər gərgin və mürəkkəb bir perioddan keçib. Yalnız Azərbaycanın hərbi-siyasi qələbələri fonunda yaranan geosiyasi reallıqlar İrəvanı cari sülh ritorikasına gətirib çıxara bilib. Azərbaycan Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq sülh təşəbbüslərinə start verib. Eyni zamanda rəsmi Bakı 2022-ci ilin əvvələrində bizim üçün onsuz aydın olan sülh konspesiyasının 5 əsas prinspini Ermənistana təqdim edib. Dövlət başçımızın da ifadə etdiyi kimi, həmin prinsiplər Azərbaycan və Ermənistanın bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınmasını, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ilə çıxış etməməsini, həmçinin Bakı və İrəvanın bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək prinsiplərinə tərəfdar olmasını, sərhədlərin delimitasiya və demarkasiyası, diplomatik münasibətlərin qurulmasını və həmçinin kommunikasiyaların açılmasını ehtiva edirdi. Məhz bu şərtlər əsasında Azərbaycan tərəfindən sülh müqaviləsinin mətni hazırlandı. Lakin Azərbaycan ərazisində hələ də separatizm ocağının mövcud olması, o cümlədən özünü beynəlxalq ictimaiyyət elan edən ayrı-ayrı güclər, bu qəbildən ABŞ-nin Bayden administrasiyası, Fransa və bu orbitdə olan ayrı-ayrı beynəlxalq subyektlərin təhriki ilə Ermənistan sülhdən maksimum yayınmaqda davam edirdi. İrəvan məğlub tərəf olmasına baxmayaraq sülh sazişində diktə edən tərəf kimi çıxış etməyə, o zaman Qarabağda yaşayan erməni sakinlərinin məsələsinə dair sülh müqaviləsində müvafiq bəndin olmasına çalışırdı. Lakin Azərbaycanın maraq və mənafelərini birmənalı şəkildə müzakirə mövzusu etməyən cənab İlham Əliyev ölkənin daxili məsələsini dövlətlərarası sənədin subyekti ola bilməyəcəyini və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini prinsiplərdən biri kimi dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyini qətiyyətlə bəyan etdi və mövqeyimizi də məhz bu istiqamətdə möhkəmləndirdi".


Müsahib xatırladıb ki, Ermənistanın cəhdlərinin faydasız olduğunu görən İrəvanın o zamankı hamiləri Bayden administrasiyası və Makron rejimi açıq şəkildə prosesə müdaxilə etməyə sülh müzakirələri fonunda Azərbaycanın qəbul etmədiyi mövqeyi özlərinin diktəsi ilə qəbul etdirməyə can atırdılar:

"Onlar bu istiqamətdə təxribatlardan, ölkəmizə münasibətdə heç bir siyasi, hüquqi əxlaqa sığmayan çirkab kampansiyasından çəkinmirdilər. Amma Azərbacanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri region üçün təhdid edən separtizm amilinə son qoymaqla bərabər, həm də qeyri-region güclərinin təsir riçaqlarını heçə endirməklə onların bölgədə sülh prosesinə yarıtmaz müdaxilə imkanlarını da sonlandırmış oldu. Bu isə öz növbəsində sülh prosesinin yenidən aktivləşməsinə və bu ilin mart ayında sülh müqaviləsi üzrə danışıqların müqavilə mətninin şərtlərinin razılaşdırılması ilə yekunlaşdı. Beləliklə də, cənab İlham Əliyevin hərbi-siyasi qələbələri ilə yaratdığı geosiyasi konfiqurasiyanın zamanı Azərbaycanın lehinə çevirməsi fonunda, nəhayət, üç on illikdən sonra real sülh istiqamətində səmərəli addımlar müşahidə edilməyə başladı. Qısa müddət öncə Əbu-Dabi görüşü, ardınca ABŞ Prezidenti cənab Donald Trampın təşəbbüsü ilə Vaşinqton təmasları Azərbaycanın beynəlxalq hüququn aliliyinə yönələn mövqeyinin ifadə olunduğu sülh mənzərəsinin meydana çıxmasına səbəb oldu. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Bəyannamə qeyd edilən tendensiyanın məntiqi sonu və Ermənistanın rəsmən Azərbaycanın bütün şərtlərini qəbul etməsi demək idi".


Deputat qeyd edib ki, Vaşinqtondan səslənən və imzalanan həmin bəyanat müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin sülhü də qazandığını ehtiva edən bir reallıq ortaya qoydu:

"Çünki bu sənəddə Azərbaycanın israrla tələb etdiyi bütün şərtlərin təmin edilməsi ehtiva olunub. İlk növbədə rəsmi Bakının Minsk qrupunun ləğvi ilə bağlı mövqeyinə uyğun olaraq ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair mövqe ifadə edildi. Həmçinin sülh sazişinin paraflanmasının ardınca Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk qrupunun bağlanması barədə birgə müraciəti ünvanlandı.

Bu, özlüyündə Azərbaycan Respublikasının sülh prosesi ilə bağlı müəyyən etdiyi prinsipial şərtlərdən birinin qeyd-şərtsiz qəbul edilməsi deməkdir. Lakin Bəyannamənin mətnindən də göründüyü kimi, Azərbaycanın şərtlərinin təmini yalnız Minsk qrupunun buraxılması ilə çərçivələnmir. Ermənistan, həmçinin bu bəyanatla öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını birmənalı şəkildə qəbul edir. Eyni zamanda rəsmi İrəvan bu gün erməni cəmiyyətində hakim olan revanşist ab-havadan imtina etməyi birmənalı öhdəlik kimi üzərinə götürür. Nəzərə alsaq ki, Ermənistan qısa müddət öncəyə qədər bu məsələnin İrəvanın daxili işi olduğunu və heç bir formada sülh müqaviləsinin imzalanması üçün şərt olaraq bilməyəcəyini bütün səviyyələrdə rəsmən bəyan edirdi. Belə bir vəziyyətdə Ermənistanın Vaşinqtonda mövqeyini praqmatik istiqamətdə dəyişməsi, Bakının konseptual qələbəsidir. Qəbul edilən sənəddə Azərbaycan Prezidentinin daim vurğuladığı və Bakı üçün ümummilli maraq hesab edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı məqamın yer alması bir daha sübut etdi ki, birgə Bəyannamə regionda Azərbaycanın yaratdığı status-kvonun ABŞ başda olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən qəbullanan bir format şəklində ortaya qoyulub".

Bəhruz Məhərrəmov onu da vurğulayıb ki, cənab İlham Əliyevin Vaşinqtonda qazandığı böyük qələbə beynəlxalq diplomatiya tarixində ustad dərsi olmaqla yanaşı, yalnız Cənubi Qafqaz regionu yox, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasında önəmli rol oynayan bir prosesi başlatmış oldu:

"İlham Əliyevin Cənubi Qafqazda hərbi, siyasi və diplomatik yolla nail olduğu status-kvo bu gün dünyanın münaqişələrdən və separatizmdən əziyyət çəkən, sülhə və sabitliyə ehtiyac duyulan regionları üçün əmsala çevriləcək. Bir sözlə, cənab İlham Əliyev tarix yazdı, bu tarixə sahib çıxmaq isə artıq ümummilli məsələdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see131

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri