Icma.az
close
up
RU
Ermənistanla bölgədə sülh dövrü faktiki bərqərar olunub

Ermənistanla bölgədə sülh dövrü faktiki bərqərar olunub

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

R.Usubov qeyd edib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib: “Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür. Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb”. “Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur. Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir. Yeri gəlmişkən, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər təəssüf ki, son illərdə daha geniş miqyas almışdır. Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir”, - Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see422

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see191

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see110

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

04 İyun 2025 07:18see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri