Icma.az
close
up
RU
Ermənistanla delimitasiya prosesi ilə bağlı vəziyyət nə yerdədir?

Ermənistanla delimitasiya prosesi ilə bağlı vəziyyət nə yerdədir?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edib:

“Delimitasiya üzrə Dövlət komissiyasının tərkibi dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”.

XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub:

“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”.

Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb: “Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri