Icma.az
close
up
RU
Ernest Heminquey, qədim Misir nəğməsi və “təzələnən günah”...

Ernest Heminquey, qədim Misir nəğməsi və “təzələnən günah”...

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Vaxtiylə prezidentlik iddiasına düşən, Vətən müharibəsində şəhərlərimizin bimbalanmasını, dinc insanların ölümünü sevinclə izləyən “baş separatçı” Arayik Arutyunyan məkəmədə çıxış edib. O, vaxtiylə Gəncənin vurulması ilə bağlı verdiyi həyasız bəyanatdan təəssüf hissi keçirdiyini bildirib:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Arayik Arutyunyanın məhkəmə ifadəsinin qeyri-səmimi olduğu, sadəcə düşdüyü situasiyadan qaynaqlandığı şübhəsizdir. Yəqin ki, baş separatçı Vətən müharibəsində Gəncənin bombalanmasını seyr edərkən, bir gün bu cinayətlərə görə cavab verəcəyini ağlına belə gətirmirdi. Əslində, 30 illik cəzasızlıq mühiti fonunda Araikin gələcəklə bağlı o zamankı qayğısızlığı başadülən idi. Məşhur ABŞ yazıçısı Ernest Heminqueyin dediyi kimi, “hər kəs haqlıdır, ta ki, yanılana qədər”...

Araik də yanıldı və məlum oldu ki, onun toxunulmazlıqla bağlı düşüncəsi sabun köpüyündən başqa bir şey deyil. Buna görə də riyakar erməni xislətinə  uyğun olaraq, çevik şəkildə mövqe dəyişən Araik, indi təkrar-təkrar üzrxahlıq etməklə özünü bağışlatmaq niyyətindədir. Lakin onun törətdiyi cinayətlərin miqyas və nəticəsi o qədər dəhşətlidir, etdiyi hər üzr ona olan nifrəti sadəcə bir qədər də artırır, xalqımıza qarşı yol verilən dəhşətli cinayətləri yada salır. Və bu yerdə Həzrəti Əlinin məşhur kəlamı yada düşür: “Üzrü təkrarlamaq günahı yada salmaqdır”.

Üzr istəmək və beləcə bağışlanmaq istəyinə gəlincə, Araik bu məsələdə də yanılır. Çünki zamanında edilməyən və nəyisə dəyişmək iqtidarında olmayan peşmançılıq qəbul edilmir. Qədim Misir nəğməsində deyildiyi kimi:

“Sonaklı etrirafı ,

Heç də alqışlamazlar,

Dönüb Tanrı olsan da,

Səni bağışlamazlar”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri