Icma.az
close
up
RU
Ərşad Salehi: İraq türkmənlərinin İlham Əliyevdən gözləntiləri var Müsahibə

Ərşad Salehi: İraq türkmənlərinin İlham Əliyevdən gözləntiləri var Müsahibə

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehi Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- İraqda olan türkmənlərin həyatı hər zaman diqqət mərkəzində olub. Hazırda Kərkükdə ümumi vəziyyəti necədir?
- İraq türkmənləri Kərkük bələdiyyələrində və parlamentində təmsil olunurlar. Mən də Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədriyəm. Daha yaxşı yerlərdə olmaq istəyərdik. Əfsus ki, hökumətdə yetərincə təmsil olunmuruq və onların fəaliyyətlərindən razı deyilik. Çünki hökumət məzhəbyönümlü fəaliyyət göstərir. Bizim üçün önəmli olan millət anlayışdır. Baxın, məzhəb mənimlə Allah arasındadır. Dini siyasətlə eyni arada tutmaq düzgün deyil. Sözügedən addıma son qoyulmasını tələb edirik. Buna görə, türkmənlər nazirlər kabinetindən uzaq düşüblər. Çətinliklərə rəğmən, millətimizi bacardığımız qədər təmsil edirik və gələcəklərini qorumağa davam edəcəyik.

- Hökumətin məzhəbyönümlü siyasət apardığını vurğuladınız və buna son qoyulmağı tələb etdiyinizi bildirdiniz. Qarşı tərəf tələblərinizi necə qarşılayır?
- Hökumət daxilindəki siyasi qüvvələr türkmənləri məzhəblərə bölmək istəyirlər. Ərəblərə bəslənən münasibətin eynisini tələb edirik. Təsəvvür edin, bizə deyirlər ki, vəzifəyə təyin etdiyiniz şəxs filan məzhəbə aid olsun. Kimin idarəetmə bacarığı varsa, həmin insan öndə olmalıdır. Hədəflərimizə yaxın olan şəxsi seçməliyik. Baxın, hökumət nə qədər ki, səhv siyasət aparacaq, İraq ciddi zərbələr alacaq və parçalanacaq.

- Kərkük ətrafında, həmçinin İraq ərazisindəki türkmənlərin sayı nə qədərdir və hansı məzhəbin daşıyıcılarıdır?
- Öncəliklə, onu vurğulamaq istəyirəm ki, türkmənlər sadəcə Kərkük ətrafında yaşamırlar. Mosul və Təlafərdə 400 min civarında soydaşımız məskunlaşmışdı. 2014-cü ildə İŞİD həmin əraziləri işğal edəndə onlar da torpaqlarından didərgin düşdülər. Bir hissəsi Cənubi İraqa, digəri də Türkiyəyə sığındılar. Lakin bu, olduqca təhlükəlidir. Çünki torpaqlarımızı ərəblər zəbt edə bilərlər. Bir sözlə, coğrafiyamız dağınıqdır. Kərkük demoqrafik dəyişikliklərə məruz qalıb. Səddam Hüseyndən əvvəl ərəbləşdirmə, daha sonra kürdləşdirmə siyasəti aparılıb. Say məsələsinə gəldikdə, 1957-ci ilin rəqəmlərinə istinad etsək, soydaşlarımız 500 min nəfər idi. Ancaq bu rəqəm indi təxminən 2.5-3 milyon civarındadır. Lakin maraqlı olan bir məsələ var. Sən hökumət daxilində ciddi şəkildə təmsil olunmursansa, onda nə qədər olmağının əhəmiyyəti yoxdur. Məzhəb məsələsinə toxunduqda isə, aramızda digər dinlərdən da insanlar var. Bundan başqa, şiələr və sünnilərlə də birlikdə, problem olmadan yaşayırıq.

- Bir müddət türkmənlərin muxtariyyət məsələsi gündəmdə idi. Ötən il də Türkmənelli Respublikasının yaradılması haqda çağırış etmişdiniz. İndi necə, bu yöndəki tələblərinizin gediaştı nə yerdədir?
- Hər millətin coğrafiyası və torpağı var. Əgər torpağınız yoxdursa, sizin mövcudluğunuz sual altına düşər. Biz geniş əraziləri əhatə edirik. İraq, Suriya və s. Ancaq niyyətimiz Suriyanı və ya başqa ölkəni parçalamaq deyil. Əks halda terrorçular daha da güclənə bilərlər. Dediyiniz məsələdə sadəcə biz xəritə üzərində öz coğrafiyamızı işarə etmişik. Ancaq bəziləri bunu fərqli yöndə şərh ediblər və düzgün başa düşülməyib.

- Suriyanın adını qeyd etdiniz və hazırda adıçəkilən ölkədə müxalifətlə hökumət qüvvləri arasında ölüm-dirim mübarizəsi gedir. Orada yaşayan türkmənlərlə əlaqələri və kordinasiyanı necə tənzimləyirsiniz?
- Biz Suriyanın daxili işlərinə qarışmırıq. Sadəcə qardaşlarımıza tapşırmışıq ki, öz torpaqlarınızı qoruyun. Başqalarının terror əməllərindən uzaq olun.

- Sözügedən münaqişə onların fəaliyyətinə necə təsir edir?
- Baxın, Suriya türkmənləri coğrafiyalarını qorumağı bacarsalar, o zaman həmin ölkə bütöv qalacaq. Türkmənlər həmin ərazilərdə mütləq yaşamalıdırlar. Bayaq da qeyd etdiyim kimi, bu olmayacağı halda, ərazilər parçalanacaq.

- Bəs Suriyadakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Suriyadakı vəziyyət bir az təhlükəlidir. Müxalifət nəzarəti ələ keçirəcəksə, ölkənin gələciyi də sual altında qalacaq. Bu barədə ciddi narahatlıqlar mövcuddur. Türkmənlərin də vəziyyətlərini yaxından izləyirik. İstəyirik ki, soydaşlarımız gələcəkdə Suriyanın hökumətində təmsil olunsunlar.

- Kürd amilinə münasibətiniz nədir? Söhbət PKK və YPG kimi terror qruplaşdırmalarında gedir...
- Onlar kürdlərin haqqını tələb etmirlər. Terrora dəstək verirlər. YPG, PKK kimi quruplaşmalar terrorun fəaliyyətinə xidmət edir.

- Türkmənlərin ümumi vəziyyətindən bəhs edək. Problemləri və ehtiyacları nədən ibarətdir?
- Ümumilikdə, türkmənlərin bir neçə əsas problemi var. Bunlar əhali, ərazi, ən vacibi isə iqtisadiyyatdır. Pul olduqdan sonra yaxşı silahlar alır və torpaqlarını qorumağı bacarırsan. Bundan sonra isə insan sayı artır. Bütün məqamlar bir-birinə bağlı olan məsələlərdir.

- Bəs iqtisadiyyatı gücləndirmək üçün nələr edirsiniz?
- Ortaq ticarətin aparılması şərtddir. Azərbaycan, Türkiyə, ümumilikdə isə Türk Dövlətləri Taşkilatı (TDT) ilə əlaqələr daha da genişləndirilməldir. Bu bizim imkanlarımızı daha da artırar.

- Yeri gəlmişkən, TDT hökumətləri ilə əlaqələriniz nə yerdədir və onların sizə hər hansı dəstəyi olur?
- Hazırda Azərbaycan və Türkiyə istisna, digərləri bizə yardım etməyib. Türkiyə mədəni fəaliyyətimizə ciddi dəstək verir. Bundan başqa, bu yaxınlarda cənab İlham Əliyevin bizə böyük hədiyyəsi oldu. Kərkükdə Füzuli məktəbinin açılışı baş tutdu. Prezidentə, Xarici İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk. Bizim gözümüz yoldadır. Qız qalası kimi, Kərkük qalası da var. Qalamızın üzərində məscid olub. Səddam Hüseynin dövründə isə dağıdıldı. İlham Əliyevdən də xahişim odur ki, adı Füzuli olan məscidi təmir etdirsin.

- Azərbaycanla əlaqələriniz nə yerdədir?
- Biz can Azərbaycanla İraq arasında ciddi əlaqələrin qurulmasının tərəfdarıyıq. Mədəni fəaliyyətin güclənməsini istəyirik. Hazırda İraqda çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Xüsusilə, İraqın Mərkəzi Bankını Azərbaycan şirkəti inşa edir. Bu da bizim üçün önəmlidir. Azərbaycan dünyada söz sahibinə çevrilən dövlətlərdəndir. İstəyirik ki, biz də ölkənizlə ciddi əlaqələr yaradaq. Bu bizim üçün də faydalıdır.

- Dünən Bakıda Qərbi Azərbaycanlılarla bağlı keçirilən tədbirdə beynəlxalq hüququn işləmədiyini qeyd etdiniz. Bildirdiniz ki, Qərbi Azərbaycan və türkmənlərin həqiqətlərini dünyana çatdırmaq üçün Türk dövlətləri bir əl, bir hədəf olmalıdır. Bu məsələdə TDT hansı addımları ata bilər?
- TDT müstəqil dövlətlərdən ibarətdir. Biz isə müstəqil deyilik. Onlardan tələbimiz təşkilatın sammitinə müşahidəçi olaraq qatılmaqdır.

- Bu yöndə rəsmi müraciətiniz olub?
- İndiyə qədər olmayıb. Prezident İlham Əliyevdən bunu gözləyirik. Bir dəfə İraqdakı, daha sonra Suriyadakı və ya Uyğur türklərinin dəvət olunmasının tərəfdarıyıq. Təki biz də hiss edək ki, həmin təşkilatın bir parçasıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri