Icma.az
close
up
RU
“Əsəbiləşdin, get başını divara vur” Gənc qızlar nə üçün söyüşlə danışırlar?

“Əsəbiləşdin, get başını divara vur” Gənc qızlar nə üçün söyüşlə danışırlar?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Rəna Nevzatın "Zəif ağlın güclü görünmək cəhdi" yazısını təqdim edir.
İşdən evə qayıtdığım günlərin birində məhəlləmizdəki supermarketin qabağında qələbəlik gördüm və dərhal başa düşdüm ki, burada günün nizamına, həyatın adi axınına uyğun olmayan nəsə var. Belə şeylər görəndə maraq adama güc gəlir. Özünü saxlaya bilmirsən. Beləliklə, yolumu qələbəliyə tərəfə saldım. Və elə fikir-fikirli addımladım ki, elə bil hər gün bu yolla gedib-gəlirəm. Əslində isə hər gün bu yolla gedib-gəlmirdim.
Yaxınlaşdıqca səslər yüksəlməyə başlayırdı. Br azdan polis maşınının sayrışan işıqları yandı.
İki qadın sürücü bir-birinə yol vermək üstündə dalaşırdılar.
Qadınlardan birinin yanında kişi var idi, – çox güman həyat yoldaşıydı, – digəri təkdi. Tək olan maşından düşməmişdi, ancaq başını pəncərədən çıxarıb nəsə deyirdi. Başı ilə bərabər əli də çıxmışdı və uzun, qırmızı dırnaqlarıyla qarşı tərəfi hədələyirdi.

Həyat yoldaşı ona yol verməyən qadına ən ağır söyüşlər söyən xanımını güclə tutmuşdu. Elə bil əlindən çıxsa, indicə başını maşının pəncərəsindən çıxarıb ağzına gələni deyən qadınının saçından tutub, asfaltın üstündə sürüyəcəkdi.
Uşaqlar bir-birinin əlindən yapışıb, bu ağır mənzərəyə maraqla tamaşa eləyirdilər.
Nəhayət polislər müdaxilə elədi. Qələbəlik dağıldı, ancaq qadınların bir-birini söyməsi qulağımdan getmədi.
Söyüşə həmişə qarşı olmuşam. Əgər fikrini normal, nəzakətli ifadə edə bilirsənsə, söyüşə nə ehtiyac? Əgər bu günəcən milyonlarla kitablar yazılıbsa, müəlliflər hər hissə, hər sitausiyaya bir ad tapmaq üçün min dərədən su gətiriblərsə və gətirirlərsə, onda bütün bunların üstündən xətt çəkməklə söyüşə sığınmaq, hislərini söyüşlə ifadə eləmək nə deməkdir?
Kimsə deyə bilər ki, əsəbiləşəndə ixtiyar adamın əlindən çıxır, özünə hakim ola bilmirsən, onda ağızdan çıxır. Nə etmək olar?
Mənim bir ədəbiyyat müəllimim var idi. Dalaşan, kəndli uşaqları qəddarcasına döyür, onlardan nə üçün dalaşdıqlarını öyrənməyəcən əl çəkmirdi. Nəhayət döyülməkdən hay-hayı gedib, vay-vayı qalan şagirdlərdən biri deyirdi: “Müəllim, Afiq (məsələn) məni əsəbiləşdirdi. Ona görə Afiqi yıxıb yerdə təpiklədim”.
Müəllimin isə cavabı gecikmirdi: “Əsəbiləşdin, get başını divara vur”.
Bu qədər sadə!

Əsəbiləşdin, get başını divara vur. Doğrudan da, ədəbiyyat müəllimləri istənilən vəziyyətdən hikmətli nəticələr çıxara, şagirdləri düz yola gətirə bilirlər. Yəqin ki, hamının ədəbiyyat müəllimləri ilə bağlı bir xatirəsi var.
Elə buna görə söyüşlərinə əsəbiləşməklə haqq qazandıran adamlara yalnız bir şey demək olar; əsəbiləşdin, get, başını divara vur. Daha cəmyyət arasında söymə, insanları təhqir etmə.
Ancaq əsəbiləşməyi necəsə baş düşmək olar.
Həyatımın elə bir məqamına gəlib çıxmışam ki, hər şeyi başa düşməyə çalışıram. Başa düşmək, müəyyən mənada, haqq qazandırmaq deməkdir. Ancaq son illər xanımlarımızın, xüsusən, gənc qızların arasında söyüşlə danışanların sayı artıb. Söhbət hansısa situasiyaya əsəbiləşib söyməkdən getmir ha, normal leksikonuna söyüş artıranları deyirəm. Bax bunu başa düşmək çətindir. Haqq qazandırmaq isə mümkün deyil.
Kimsə bu tendensiyaya “dur” deməlidir. Bu missiyanı mən öz üstümə götürürəm. İlk daşı günahsız olanınız atsın.
Gözəl qızlarımız hər yerdə söyüş söyür, hislərini söyüşlə ifadə edirlər. Buna nə demək olar? Deqradasiya.
Gözəllik elə şeydir ki, öz davamını istəyir. Məsələn, gözəl bir qız görəndə düşünürsən ki, onun danışığı, qurduğu cümlələri, yemək yeməsi, kitab oxuması, hər gün dərsə, işə getməsi, hətta taleyi də gözəldir və ya gözəl olacaqdır. Gözəllik bir anda onu tamamiylə əhatə edir, mənəvi və fiziki ələ keçirir. Məsələn, gözəl bir qız geyindiyi çirkin və nimdaş paltarı da gözəlləşdirir. Belə olmayanda, yəni gözəl bir qızın taleyi nakam gətirəndə buna daha çox kədərlənir, daha çox məyus oluruq. Elə bil nəsə baş verməliydi, baş vermədi. Eybəcər qızların nakam taleyi bizə nədənsə o qədər də toxunmur. İstənilən halda, zərif varlıq olan hər qadın üçün çirkin sözlər qəribə görünür, onlara yaraşmır.
Ancaq indi necədir?
Gedirsən, hansısa kafedə oturursan, bir bakal pivə sifariş verib, yavaş-yavaş qurtumlayırsan və birdən yanaşı masadakı xanımlar öz aralarında ucadan danışmağa başayırlar. Birincisi, ictimai yerdə səs-küy salan adamlardan mənim zəhləm gedir. İkincisi, hər cümlələrinin əvvəli-axırı söyüş. Baxırsan, hamısı ay parçasıdır, bir-iki dəqiqə diqqətlə baxsan, aşıq ola bilərsən.
Ona görə heç kimə diqqətlə baxmamaq lazımdır. Kiməsə diqqətlə baxmaq çox təhlükəlidir.
Bəlkə, qızlarımız düşünür ki, söyüşlə danışmaq “cool” görünməkdir? Doğrudan da, bir çoxları söyüşü müasirlik hesab edir. İnsanların müasir görünmək üçün bu qədər çalışıb-vuruşmalarını başa düşmürəm. Əgər bunun üçün cəhd göstərirsənsə, müasir deyilsən, əgər müasirsənsə, necə görünmək problemin olmur. Nəhayət bu əlaqəni başa düşmək lazımdır.
Çoxları deyir ki, oğlanlar söyür, bəs qızlar nə üçün söyməməlidir? Qadın və kişi bərabərdir.
Buyur.
Mən bərabərliyin tərəfdarıyam. Hətta qadınların kişiləri ötüb keçməsini, daha böyük uğurlar qazanmasını arzulayıram,. Bu vaxtacan kişi hakimliyi altında yüzlərlə müharibə, qırğın, aclıq gördük, başımız daşdan daşa dəydi, indi görək qadınların hakimliyində nə görəcəyik? Bəlkə, daha yaxşı olacaq? Əlbəttə, ola bilər.
Ancaq bərabərliyi müsbət şeylərdə axtarmaq lazımdır, söyüşdə yox. Vulqarlıq qadın təbiətinə ziddir.
Gənc qızlarımızı mədəniyyətə dəvə edirəm. Söyüşdən uzaq olmağa çağırıram.
Və köşəmi ədəbiyyat müəllimimin başqa bir sitatı ilə bitirirəm:
– Söyüş zəif ağlın güclü görünmək cəhdidir.

"Mən indi bilirəm, İlahi..." Məşhur aktyor vəfat etdi Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:487
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri