Icma.az
close
up
RU
Əsəd ilk deyil Rusiyaya qaçan siyasi liderlər

Əsəd ilk deyil Rusiyaya qaçan siyasi liderlər

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya Prezidenti Bəşər Əsəd ölkədə davam edən hərbi qarşıdurma fonunda dekabrın 8-də ailəsi ilə ölkəni tərk edərək Rusiyaya qaçıb. Beləliklə, yarım əsrdən çox ölkəni idarə edən Əsəd ailəsinin Suriyadakı iqtidarına son qoyulub. Bundan əvvəl də bir çox ölkə başçıları və onların ailə üzvləri siyasi hakimiyyəti öz iradələrinə zidd şəkildə tərk etdikdən sonra Moskvaya sığınmış, həyatlarını bu ölkədə davam etdirmişdi.

Milli.Az Bəşər Əsədin nümunəsində Rusiyaya sığınan ölkə başçılarını xatırlayır.

Viktor Yanukoviç

Viktor Yanukoviç 2010-cu ildən Ukrayna prezidenti səlahiyyətlərini icra edirdi. Ukrayna ilə Avropa İttifaqı arasında inteqrasiya sazişini imzalamaqdan imtina etməsi ilə bağlı başlayan kütləvi etirazlar onun hakimiyyətinə son qoydu. 2014-cü ilin fevralında insan tələfatı ilə nəticələnən qarşıdurma fonunda o, Ukraynanı tərk etdi və Rusiyadan sığınacaq aldı. Onunla birlikdə Baş naziri Nikolay Azarov, daxili işlər naziri Vitali Zaxarçenko, və Ukrayna Milli Bankının rəhbəri Sergey Arbuzov Rusiyaya qaçdılar.

Moskvada yaşayan Yanukoviç siyasi həyatda iştirak cəhdlərindən əl çəkməyib, və mütəmadi bəyanatlar verir, xüsusən də beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edərək, Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edir. O dəfələrlə ölkəyə qayıtmaq istəyini bildirib. Buna baxmayaraq, Yanukoviç ictimai-siyasi həyatda aktiv deyil və əsasən qapalı həyat sürür.

Əsgər Akayev

Postsovet məkanını daha bir eks-prezidenti Əsgər Akayev də Moskvaya pənah aparan siyasətçilər sırasındadır. O 2005-ci ilin martında "lalə inqilabı" adını alan siyasi dəyişiklikdən sonra hakimiyyətdən gedərək Moskvaya köçüb. Burada o, elmi fəaliyyətlə məşğul olur və Moskva Dövlət Universitetinin professorudur.

İqor Qiorqadze

Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri, vətənində terrorizmdə ittiham olunan İqor Qiorqadze 30 ilə yaxındır ki, Rusiyada yaşayır. Hazırda Gürcüstanda Giorqadzenin vətəninə qayıtması məsələsinin hüquqi müstəvidə həlli üçün onun vəkillərinin təşəbbüsü ilə qiyabi proses gedir. Siyasi mühacirət illərində Giorqadze gizlənmək məcburiyyətində qaldığı 8 ölkənin heç birinin vətəndaşı olmayıb. O, Gürcüstan vətəndaşlığını davam etdirir və Moskvada "Gürcüstan Xaricdə" regional ictimai hərəkatına rəhbərlik edir.

Mira Markoviç

Mira Markoviç Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloseviçin həyat yoldaşıdır və 2003-cü ildə Rusiyada məskunlaşıb. Serbiya hakimiyyəti onu dələduzluqda ittiham edərək beynəlxalq həbs qərarı verib. Müraciət İnterpol vasitəsilə təqdim edilib, lakin Rusiya hakimiyyəti onu saxlamaqdan imtina edib. 2006-cı ilin dekabrında ərinin Haaqa həbsxanasında ölümündən 9 ay sonra Serbiya məhkəməsi jurnalist Slavko Curuvijanın qətlinə sifariş verməkdə ittiham edilərək Markoviçin həbsinə qərar verib. 2007-ci ildə Serbiya Markoviçin ekstradisiyası tələbi ilə Rusiyaya müraciət etdi, lakin o vaxta qədər o və oğlu Marko Miloşeviç Rusiyada artıq qaçqın statusu almışdı. 2008-ci ildə Serbiya prokuroru Markoviçlə bağlı qiyabi məhkəmə prosesinin keçirilməsinin mümkünlüyünü elan etdi. Buna baxmayaraq, Rusiya hakimiyyəti onu və oğlunu Serbiyaya verməkdən imtina etdi. Onun qızı Mariya Miloşeviç və nəvəsi Marko Monteneqroda yaşayır. Mira Markoviç ağır və uzun sürən xəstəlikdən sonra 2019-cu il aprelin 14-də Moskvada vəfat edib

Aslan Abaşidze

Gürcüstanın tərkibindəki Acarıstan Muxtar Respublikasının rəhbəri olan Aslan Abaşidze 2004-cü ildə "qızılgül inqilabı"ından sonra yeni prezident Mixail Saakaşvili ilə gərgin münasibətlərə malik idi. Mərkəzi hakimiyyətlə hərbi qarşıdurma astanasında olarkən həmin ilin mayında istefa verən Abaşidze Rusiyadan göndərilən xüsusi təyyarə ilə Moskvaya aparıldı. 86 yaşlı siyasətçi bugünə qədər Moskvada yaşayır və vətənindəki siyasi proseslərdən 20 ildir ki, uzaqlaşıb. /lent.az
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2024 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri