Icma.az
close
up
RU
Əsədə qucaq açan Rusiyanın Suriyanın yeni hökumətilə münasibətləri necə olacaq?

Əsədə qucaq açan Rusiyanın Suriyanın yeni hökumətilə münasibətləri necə olacaq?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadadır və Rusiyadan sığınacaq alıb.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 8-də prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən Suriya üsyançıları televiziya ilə yayımlanan bəyanatda Dəməşqə nəzarəti ələ keçirdiklərini və Bəşər Əsəd rejimini devirdiklərini bildiriblər.

Bundan başqa mətbuatda yayılan digər xəbərə görə, müxalifət Əsədin başına mükafat qoyub və onu ələ keçirməyə kömək edənlərə 10 milyon dollar mükafat verəcək.

Maraqlıdır, Rusiyanın Əsədə sığınacaq verməsi Rusiya ilə yeni formalaşacaq hökumət arasında gərginliyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılovun sözlərinə görə,  Bəşər Əsədin hakimiyyətdən devrildikən sonra gedə biləcəyi 2 məkan var idi ki, onlardan biri Moskva, digəri isə Tehran idi. Müsahibimiz hüsab edir ki,  ola bilsin, İranla Əsəd arasında gərgin vəziyyətə görə hansısa anlaşmalar əldə edilmədiyindən son məqəmda Rusiyaya getməyə qərar verib.

Tural İsmayılov: Suriyada Rusiyanın tam mövcudluğu bitə bilməz

T.ismayılov qeyd edib ki, Rusiyada Dmitri Peskov tərəfindən verilən açıqlama da onu göstərir ki, Əsəd hansısa xüsusi bir səviyyədə ölkə rəhbərliyi tərəfindən qəbul edilməyəcək, yəni onunla görüşülməyəcək. Amma onun sığınacaq təklifinə müsbət cavab verilib və bundan sonra Rusiyada qala biləcək.

“Amma istənilən halda biz bilirik ki, Suriyada Rusiyanın tam mövcudluğu da bitə bilməz. Çünki Suriya ərazisində Rusiyanın müxtəlif hərbi səviyyədə mövcudluğu var. Yəqin ki, Suriya ərazisində bundan sonra formalaşacaq qüvvələr və eyni zamanda idarəetmələr Rusiya ilə müəyyən məsələlərdə əməkdaşlığı davam etdirəcəklər”.

Bu əməkdaşlığın məcburi xarakter alacağını deyən politoloqun sözlərinə görə, Suriya ərazisində Əsədin artıq çıxış yolu qalmadıqda onu qətiyyətli şəkildə İran və Rusiyada ən son ana qədər müdafiə etsələr də, çıxılmaz bir vəziyyət yarandıqda hazırki Suriya hakimiyyətini sonuna qədər dəstəkləmədilər:

“Ona görə də bütün bu məqamlar onu deməyə əsas verir ki, bəlli bir məqamda Rusiyanın da Suriyada yeni formalaşacaq hökumətlə danışıqları olacaq. Mən düşünmürəm ki, Suriyada Rusiya ilə bağlı hansısa ciddi narazılıqlar olsun. Əksinə Rusiyanın da bölgə ilə bağlı maraqlarının yeni hökumət tərəfindən nəzərə alınacağını düşünürəm”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri