Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

“Qubada xan oğlu Bakıxanova yaraşan bir bina tapılmadı?” Sabir Rüstəmxanlıdan SƏRT açıqlama

“Qubada xan oğlu Bakıxanova yaraşan bir bina tapılmadı?” Sabir Rüstəmxanlıdan SƏRT açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanın tarixşünaslığında, maarifçiliyində, elm, ədəbiyyat tarixində müstəsna yeri və xidmətləri olan Abbasqulu ağa Bakıxanov Qüdsinin Qubanın Amsar kəndində yerləşən ev muzeyinin bərbad vəziyyətdə olmasından şikayətlənib.

Moderator.az xəbər verir ki, bu barədə Musavat.com-a danışan Sabir Rüstəmxanlı bildirib ki, ev muzeyi köhnə binada yerləşir və yararsız vəziyyətdədir:

“Bina çox köhnədir, divarlar çatlayıb və isitmə sistemi yoxdur. Muzeyin iki nəfər işçisi var, onlar əyinlərində palto titrəyə-titrəyə durmuşdular”.

Xalq şairi deyib ki, muzeyin ciddi ekspozisiyası yoxdur:

“Mən anlayıram ki, Bakıxanovun yaşadığı vaxtdan çox zaman keçib. Lakin muzey yaratmaq fəlsəfəsi dünyada geniş yayılıb. Ora Bakıxanovun özünə məxsus əşyaları yığmaqla, onun sözlərini divara yazmaqla muzey yaratmaq olmaz.

Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi də eyni vəziyyətdədir. O muzeydə nümayiş etdirmək üçün nə var ki?! Köhnə yazı stoluna qələm və vərəq qoymaqla muzey olur? Müşfiqin muzeyi əslində 30-cu illərin ab-havasını özündə əks etdirməlidir.

Repressiya qurbanları, Müşfiqin əlaqəsi olduğu adamlar, dostları və o vaxtın ədəbi mühiti muzeydə əks olunmalıdır. Mən bunun nümunələrini görmüşəm. Almaniyada Yohann Volfqanq Götenin muzeyində olmuşam. Orada təkcə Götenin öz yaradıcılığı, ona məxsus olan əşyalar nümayiş etdirilmir, o dövrdə yazıçının bağlı olduğu rəssamlar, sənətkarlar, ona təsir edib duyğulandıran mühit göstərilir. Bakıxanov çox geniş əhatəsi olan bir adam olub. Çar ordusunda xidmət edib, Peterburqda, Varşavada yaşayıb. Aleksandr Puşkinin ailəsi ilə yaxın olub. Onun haqqında oxuyanda nə qədər geniş çevrəsinin olduğunu görmək olur. Muzey əslində Bakıxanovların çevrəsini, Bakı və Quba mühitindəki həyatlarını yığcam formada əks etdirməlidir.

Bakıxanov xan oğlu olub. Onun muzeyini niyə köhnə binada saxlayırlar? Ona yaraşan bir bina tapılmadı? Mən Tatarıstanda Abdulla Tuqayın ev muzeyində olmuşam. O, 24 yaşında ölüb. Bu yaşda adamın nə irsi qala bilər ki? Amma ona 3 mərtəbəli bina ayrılıb və orada yaşadığı mühit göstərilib.

Səməd Vurğunun və Rəsul Rzanın ev muzeyi normaldır. Ancaq Bakıxanov və Müşfiqin muzeyinin vəziyyəti məni çox kədərləndirdi. Mədəniyyət Nazirliyi bu işlərə diqqət ayırmalıdır”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, muzeyin mövcud vəziyyəti barədə Nazirlik məlumatlıdır. Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair Nazirliyə müraciətlər olunub:

“Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır.

Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:470
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri