Əsədin təyyarəsinin yeri ilə bağlı təfərrüatlar açıqlanıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi daşıdığı iddia edilən "Syria Air İl-76" təyyarəsi bir saatdan az uçuşdan sonra radarlardan itib.
BAKU.WS xəbər verir ki, bunu "Flightradar24" xidmətinin məlumatları göstərib.
Təyyarə səhər sübh saatlarında Dəməşq ərazisində radarlara düşüb və 40 dəqiqəlik uçuşdan sonra izlənilməsi dayandırılıb.
Sonuncu dəfə təyyarə Homs şəhəri yaxınlığında, dəniz səviyyəsindən 495 metr hündürlük əldə edərkən müşahidə edilib. O vaxtdan bəri təyyarənin harada olduğu barədə heç nə məlum deyil.
Dekabrın 8-də səhər saatlarında adları çəkilməyən Suriya ordusunun yüksək rütbəli zabitləri bildiriblər ki, Əsəd ölkədəki hərbi əməliyyatlar fonunda təyyarəyə minərək Dəməşqi tərk edib.
İsrail rəsmisinin sözlərinə görə, Əsədin planları Moskvaya getmək olub. Anonim mənbə bildirib ki, Suriya prezidenti gecə yarısı Dəməşqdən çıxıb və Rusiya paytaxtına səfərə hazırlaşaraq Suriyadakı Rusiya bazasına yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















