Icma.az
close
up
RU
Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda çıxış edən Baş nazir Ə.Əsədov iqtisadi-ticari əməkdaşlığı Azərbaycanın Aİİ üzv ölkələri ilə əlaqələrinin fundamental vektoru kimi dəyərləndirib. O qeyd edib ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 22%-dən çox artıb.

Baş nazir investisiya qarşılıqlı fəaliyyətinin müsbət dinamikasını qeyd edib.

“Aİİ üzv ölkələrindən olan tərəfdaşlarımızın biznesləri Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur”, - deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, buna ölkədəki etibarlı və şəffaf investisiya mühiti kömək edir.

O, həmçinin bildirib ki, Azərbaycan investorları Aİİ üzv dövlətlərində sənayenin geniş spektrini əhatə edən və onların iqtisadiyyatlarının inkişafına töhfə verən layihələri fəal şəkildə həyata keçirirlər.

Baş nazir əsas iqtisadi sektorlara qarşılıqlı sərmayə axınını təmin etmək üçün Azərbaycanın Aİİ üzvü olan bir neçə tərəfdaşla yaratdığı birgə investisiya fondlarının fəaliyyətinə toxunub:

“Bu təşəbbüs artıq öz effektivliyini sübut edib və əməkdaşlıq üçün yeni üfüqlər açır”.

Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa toxunan Ə.Əsədov bildirib ki, bu, qarşılıqlı ticarətin, investisiyaların artırılması, yeni iqtisadi imkanların inkişafı üçün mühüm potensiala malik olduğu üçün gündəlikdə xüsusi yer tutur.

“Avropa və Asiyanın kəsişməsində yerləşən və müasir infrastruktura malik Azərbaycan region ölkələri və tərəfdaşlarımız üçün yeni imkanlar yaradan etibarlı nəqliyyat və logistika habına çevrilib”, - deyə o qeyd edib.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində Azərbaycanın sistemli səyləri barədə danışan Baş nazir Bakı-Tiflis-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılmasını və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinin ikinci mərhələsinə start verildiyini diqqətə çatdırıb.

Ə.Əsədov Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb. O qeyd edib:

“Son üç ildə bu dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi demək olar ki, 90% artıb ki, bu da onun artan səmərəliliyinin və daha çox tələbat olmasının inandırıcı sübutudur”.

Baş nazir bu kontekstdə Azərbaycanın əsas ərazisini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə olunan razılaşmaların tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu sazişlər tranzit marşrutlarının genişləndirilməsi, Azərbaycanın regional və qlobal logistikada rolunun gücləndirilməsi üçün yeni şərait yaradır.

Azərbaycan hökumətinin başçısı yeni dəhlizinin Şimal-Cənub dəhlizi ilə yanaşı, Orta Dəhlizin də mühüm seqmentinə çevriləcəyinə əminliyini ifadə edib.

Xəzəryanı beş dövlətin hamısının, o cümlədən İran nümayəndələrinin iclasda iştirak etdiyini nəzərə alaraq, Ə.Əsədov Xəzər dənizinin dayazlaşması məsələsinə də diqqət çəkib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə BMT kürsüsündə bu məsələnin vacibliyini bir daha vurğuladı. Təəssüf ki, Xəzər dənizinin ekoloji vəziyyəti sürətlə pisləşir. Xəzər regionunda potensial ekoloji fəlakətin qarşısının alınması Xəzəryanı ölkələrin təcili birgə səylərini tələb edir. Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalaraq, bu problemin birgə həlli yollarını tapmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır", - deyə Baş nazir bildirib.

Baş nazir, həmçinin Aİİ çərçivəsində başlanan antidempinq təhqiqatlarını qeyd edib. O, Azərbaycan mənşəli mallara – daha dəqiq desək, polietilen, polipropilen və propilen sopolimerlərə münasibətdə təhqiqatları, habelə alüminium lentləri ilə bağlı təkrar təhqiqatı xatırladıb.

Əli Əsədov qeyd edib ki, qeyd olunan mallara antidempinq tədbirləri tətbiq edilərsə, Azərbaycanın Aİİ-yə ixracının ümumi həcmi əhəmiyyətli dərəcədə azala bilər;

Bu prosesdə iştirak edən Azərbaycan şirkətləri əməkdaşlığa açıqdır. Ümid edirik ki, araşdırmalar mümkün qədər real faktlara əsaslanacaq və nəticə Azərbaycanın Aİİ ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə ticarət əməkdaşlığına heç bir real ziyan vurmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri