Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Taciri toyda zəhərlədilər

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan yazıçı Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan yazıçı Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

18 avqust görkəmli fransız yazıçı Onore de Balzakın anım günüdür.

Kulis.az bu münasibətlə Raşel Rakella Asalın “Balzakın roman kainatında hekayəçilik və səhnələşdirmə sənəti” yazısını təqdim edir.


“İndi sizə bir-iki kəlmə ilə insan həyatının böyük bir sirrini açacağam. İnsan iki şeylə tükənir, instinkt ilə formalaşan bu iki şey onun varlığının qaynaqlarını qurudur: İstəmək və edə bilmək.”
XIX əsr Avropa ədəbiyyatında realizmin yaradıcısı, klassik roman texnikasının qurucusu sayılan Onore de Balzak 1799-cu ildə Tur şəhərində anadan olub.
Əvvəlcə Vendom kollecində, sonra Parisdə iki müxtəlif internat məktəbində oxuyub. Bir müddət notariatda katiblik edib, daha sonra isə mətbəəçiliklə məşğul olub.
Balzak daim borc içində olaraq onları ödəməyə çalışıb.
1829-cu ildə Dantenin "İlahi komediya"sından ilhamlanaraq, içinə yüz əlliyə yaxın əsər, iki min beş yüzdən çox obraz və obraz qrupları yerləşdirdiyi “Bəşəri komediya” adlı silsilə əsərlərini nəşr etməyə başlayır. Bu, olduqca ağır bir iş idi.
Balzak ədəbiyyat yolunda zəfər, sərvət və güc arzulayırdı. Yazıçı kimi əldə edəcəyi uğurların ona siyasət yolunu açacağına ümid edirdi. Hələ nə edəcəyini dəqiq bilməsə də, qabiliyyətlərinin fərqində deyildi, amma sonsuz bir istəklə alışıb-yanırdı.
İyirmi - otuz yaşları arasında onu daha sonralar əsərlərində bol-bol istifadə edəcəyi həyat təcrübələri toplamağa çalışarkən görürük.
1820-ci ildən etibarən Per-Laşez məzarlığında gəzişmək onun üçün bir vərdişə çevrilir; burada hafizəsini real adlarla zənginləşdirirdi.
Həmin illərdə Bayödə məskunlaşan bacısı Laura yazışmalarında ondan yerli əhali barədə məlumat istəyirdi: “Necə geyinirlər, necə danışırlar, adətləri nədir?” Hər şey onun marağını oyadırdı.
Bacısına yazdığı məktubda belə soruşurdu: “Oturduğun küçənin niyə Teinture adlandığını öyrənmək istəyirəm.” Məqsədi bir küçənin, bir meydanın, bir evin təsvirini toplamaq, qəhrəmanlarına həyatın özünəməxsusluğunu qazandırmaq üçün onların yaşadığı mühiti yaratmaq idi.
Beləcə, həyatın sadəcə duzsuz təqlidini yox, onun mahiyyətini dərk edə biləcəkdi.
Sönmüş xəyallar üzərində işləyərkən Madam Karroya yazırdı:
“Murier meydanına gəlmək üçün keçilən, tənəkəçi dükanının da olduğu küçənin adını bilmək istəyirəm; həmçinin Murier meydanı və Ədliyyə sarayı boyunca uzanan, Mösyö Berjesin evinə gedən küçənin adını; bir də katedrala açılan qapının adını və Minajaya gedən, katedral qapısının dibindən başlayıb sur boyu uzanan o dar küçənin adını.”
Sənaye və ticarəti sınamış, mətbəə açmışdı. Klassikləri ucuz qiymətə, şəkilli nəşrlərlə satmağa cəhd etmişdi.
Amma 1827-ci ildə Parisdəki mətbəəsini zərərlə satdı. Bu uğursuzluğun tək faydası gələcək romanlarında istifadə edəcəyi kitabçılar, çapçılar dünyası barədə zəngin material qazanması idi. Borcları isə getdikcə artırdı.
O, 1828-ci ildə vəziyyətini belə ifadə etmişdi: “Yaşamaq və yüz iyirmi beş min frankı ödəmək üçün yalnız qələmim vardı.”
Buradan etibarən Onore de Balzakın bütün ömrü boyunca davam edəcək maddi sıxıntılar başlanır. Amma o, inadla yaradıcılığa bağlanır. Çətinliklər, tənhalıq və uğursuzluqlar onu sınasa da, Balzak heç vaxt meydan oxumaqdan vaz keçmir. Hətta uğursuzluqlar onda küskünlük yox, daha da böyük bir həyəcan doğururdu.
Balzakın həyatında ən mühüm dönəmlərdən biri 1825-ci ildə baş verir. Həyatın mənasını ona geri qaytaran, maddi dəstək verən və ömrünün sonuna qədər sevdiyi qadın — Madam Laura de Berni ilə tanış olur.

O, Balzakın cəmiyyətlə barışmasına çalışırdı. Yazıçının bir çox qadın qəhrəmanı – “Vadidəki zanbaq”dakı Madam de Mortsauf və “Sönmüş xəyallar”dakı Madam de Barjeton – məhz ondan ilham almışdı.
Onore de Balzak bütün gücünü yazıya həsr edir. Əsərləri maddi gəlir gətirməsə də, onun adı artıq ədəbi mühitdə çəkilməyə başlayır.
Balzak inanılmaz bir sürətlə yazırdı. Yorulduğu, əsəb gərginliyi keçirdiyi zamanlar özünü sakitləşdirmək üçün həddindən artıq qəhvə içirdi. Gündüzləri “Evliliyin fiziologiyası” üzərində işləyir, gecələri isə “Xüsusi həyatdan səhnələr”in korrektəsini aparırdı.
Onun gündəlik rejimi belə idi: axşam 6-7-dən səhər 1-ə qədər yuxu, sonra səhər 8-ə qədər iş; bir az yuxu, qəhvə, sonra günortadan axşamadək fasiləsiz yazı, ardınca gəzinti və axşam yeməyi.
1833-cü ildə bütün romanlarını birləşdirərək vahid bir dünya –“Bəşəri komediya”nı yaratmağa qərar verdi. Burada Fransa burjuaziyasının adətləri, ənənələri, həyat tərzi bütün çılpaqlığı ilə əks olunurdu.
Onore de Balzak üçün yazmaq həyatın əsas məqsədi idi. O, yazmaqdan başqa heç bir şeylə maraqlanmırdı. Qələm onun üçün həm xilasedici idi, həm də məhvedici.

Ölümündən sonra Viktor Hüqo belə yazırdı:
“Vətənimiz ciddi və həqiqi böyük adamlarından birini itirdi, çağımızı işıqlandıran ulduzlardan biri söndü. Balzak öldü…”
Cəmi 51 illik ömründə, 20 il amansız zəhmətlə çalışaraq o, fransız və dünya ədəbiyyatına bənzərsiz bir irs “Bəşəri komediya”nı bəxş etdi. Ədəbiyyat tənqidçiləri onun əsərlərini “kağızdan ucaldılmış kafedral” adlandırmışdılar.
Susan Sontaq yazıçını “nümunəvi əzabkeş” adlandırırdı. Çünki yazıçı öz əzabını sənətə çevirməyi bacarırdı.
Rollo Mey isə yaradıcılığı ölümə meydan oxumaq, ölümsüzlüyə can atmaq kimi dəyərləndirirdi.
Bu sözlər doğrudan da yazı həyatını ehtirasa və yaşam tərzinə çevirmiş, və adını dünya ədəbiyyatının ölməz nəhəngləri sırasına yazdırmış Onore de Balzakın həyatını anlamağa işıq tutur.

Arif Babayevin son vəziyyəti "Şair Moşu Göyəzənlinin uşaqlarının anası..." - Afaq Bəşirqızı-70 "Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Avqust 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see260

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see159

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see146

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see135

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see133

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see132

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see131

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see129

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see128

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see128

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see127

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see125

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see123

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see123

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see122

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see121

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see121

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see121

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see121

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri