ƏSF “Yunayted Kredit Bank”ın kreditorlarına növbəti ödənişlərə başlayır
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Noyabrın 18-dən ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin, habelə "Banklar haqqında" qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaq.
Bu barədə "Report"a bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.
Məlumata görə, ödənişlər nağdsız olacaq.
Kreditorlar tələblərin ödənişi ilə bağlı Fonda müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 16 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















