Əmanətlərin Sığortalanması Fondu “Yunayted Kredit Bank”ın kreditorlarına müraciət edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin, habelə Qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri üzrə ödənişlərə 18 noyabr 2024-cü il tarixdən etibarən başlanacaq.
“APA-Economics” Fonda istinadən xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər” - müraciətdə deyilir.
Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.
Qaynar xətt əlaqə nömrəsi: (+994) 941
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















