Icma.az
close
up
RU
Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.

Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb: “Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər”.

Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib: “Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm”.

Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.

Proses oktyabrın 1-i digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi. O, bundan əvvəlki məhkəmədə yenidən ev dustaqlığına buraxılıb. Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri