Əskipara Kirants yolu Azərbaycanın nəzarətinə keçə bilər Ermənistan parlamentində mübahisə
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
Ermənistanın Baş nazirin müavini Mher Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən çıxılmaz vəziyyətə düşüb.
Teleqraf.com "News.am"a istinadla xəbər verir ki, sərhədlərin müəyyənləşdirilməsindən danışan Qriqoryan əldə olunan razılaşmaları press-relizlər şəklində dərc etdiklərini və bu çərçivədən kənara çıxmadıqlarını bildirib.
Bu zaman “Hayastan” fraksiyasından deputat olan Qarnik Danielyan "Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Voskepar (Əskipara- red) -Kirants hissəsinin Azərbaycan tərəfinə verilməsi nəzərdə tutulurmu" sualı ilə Baş nazirin müavininə müraciə etdib.
Qriqoryan suala aydın cavab verə bilməyib.
Daha sonra Qarnik Danielyan çıxış edərək deyib: "Bəlkə zaldan soruşaq ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox. Konkret sual verirəm, aydın cavab gözləyirəm".
Qriqoryan deputatı yalnız press-relizlərdə qeyd olunanlara inanmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















