Eskişehirdə “Səlcuqlar və İslam Dünyası” mövzusunda mühazirə keçirildi FOTO Yeni Çağ Media
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.
Eskişehir Azərbaycanlılar Dərnəyində “Səlcuqlar və İslam Dünyası” mövzusunda mühazirə keçirilib.
Yenicag.az xəbər verir ki, dərnəyin təşkil etdiyi “Çərşənbə söhbətləri” çərçivəsində Anadolu Universitetinin professoru, tarixçi alim Prof. Dr. Haşim Şahin “Səlcuqlar və İslam Dünyası” mövzusunda çıxış edib.
Mühazirədə Səlcuq dövlətinin qurulması, coğrafiyası və idarə etdiyi torpaqlar haqqında geniş məlumat verilib. Xüsusilə Toğrul bəy dövründə Şimaldan Cənuba doğru edilən fəthlərin önəmi vurğulanıb, Xəzər dənizindən keçən ticarət yollarının idarəsinin strateji əhəmiyyəti izah edilib.
Prof. Dr. Haşim Şahin, həmçinin Səlcuqların İslamlaşma prosesindən bəhs edib və tarixdə geniş müzakirə olunmayan vı 11 fəth reallaşdıran İbrahim İnalın fəaliyyətlərini xüsusi vurğulayıb. Tədbirin sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, uzman əczaçı Cavid Aydın tərəfindən Prof. Dr. Haşim Şahinə təşəkkür plaketi təqdim olunub.
Rafi Müslümov
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















