Icma.az
close
up
RU
Estetik əməliyyat zamanı vəfat edən qadının məhkəməsi: Həkimin ali təhsili yox imiş, anestezioloq isə...

Estetik əməliyyat zamanı vəfat edən qadının məhkəməsi: Həkimin ali təhsili yox imiş, anestezioloq isə...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

29 yaşlı Aybəniz Almuradovanın ötən ilin iyununda liposaksiya əməliyyatı zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işinin yeni təfərrüatları məlum olub.
Uşaq anası Aybəniz Almuradova "Reo-Med” klinikasında əməliyyat edilən zaman dünyasını dəyişib. Almuradovanın ölümündə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirdi.
Günahkar kimdir?
Mətanət Eyvazova xəstənin ölümündə əli olmadığını, xəstəyə əlini belə vurmadığını demişdi. İş üzrə əsas təqsirləndirilən şəxs kimi anestezioloq Babək Mahmudov göstərilirdi. Lakin mərhumun ailəsi həkimdən də şikayətçidir. Babək Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin hökmü ilə B.Mahmudov barəsində 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis kimi bildirib ki, B.Mahmudova ağır cəza verilməsini, həkimin də məsuliyyətə cəlb edilməsini istəyirlər.
Klinika heç bir məsuliyyət daşımır?
İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin "müalicə işi və profilaktika” fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. "Reo-Med” klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.
Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. "Markain” adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.
Təqsirləndirilən şəxsin ifadəsindən məlum olub ki, hadisənin baş verdiyi klinikanı Əli və Aysel adlı şəxslər çalışdırırmış. Onlar klinikanın bir neçə həftə əvvəl yeni icarəyə götürüblərmiş:
"Mənə dedilər ki, "Alo doktor” klinikası da onlarındır. Bu klinikanın da adını dəyişib "Alo doktor” qoyacaqlarını dedilər”.
Babək Mahmudovun ifadəsində maraqlı məqamlar da üzə çıxıb:
"İşlə bağlı danışdığımız gün Əli müəllim klinikada yenidənqurma işləri apardığını dedi. "Sabaha beş əməliyyatımız var, gəl sabahdan anestezioloq kimi işə başla” deyərək məni işə qəbul elədi. Aylıq 1000 manat əmək haqqıya razılaşdıq. Səhər işə gəldiyim gün Aybəniz Almuradovanı anesteziya edilməsi üçün əməliyyata hazırlayarkən qarın nahiyəsində piy kütləsi çox olmadığından əməliyyat uzun vaxt tələb etməyəcəyinə görə anesteziyanı spinal qaydada etməyi qərarlaşdırdım. İlk dəfə spinal anestezi aparatını Aybənizin bel fəqərəsinə daxil etdikdə Aybənizin halı pisləşərək təzyiqi aşağı düşdü. Aybənizə "kafein” inyeksiya edib, ayaqlarını yuxarı istiqamətdə qaldırdıq. Təzyiqi normallaşandan sonra yenidən spinal anesteziya edərkən 2-3 dəqiqə sonra xəstə anafilaktik şok keçirdi. Əl və ayaq nahiyələrində qıcolma, çənə kilidlənməsi, göz bəbəklərinin yuxarı doğru hərəkəti müşahidə olundu. Ürəyi dayandığına görə xəstəyə qapalı kardioloji masaj tətbiq etdik. Ürək ritmini geri qayıtdıqdan sonra "Məlhəm” hospitalına köçürüldü”.
Babək Mahmudovun ifadəsindən məlum olub ki, klinika rəhbərliyi onun ixtisasının anestezoloq olmadığını bildikləri halda işə götürüblər.
Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis dindiirlən zaman kimi bildirib ki, bacısına huşu qapalı olmasına baxmayaraq, ikinci dəfə anesteziya iynəsi vurulub: "Bu göstərişi həkim Mətanət Eyvazova verib. Təqsirləndirilən şəxsdən şikayətçiyik. Mətanət Eyvazovanın da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.
Mətanət Eyvazova isə mətbuata açıqlamasında xəstənin ölümündə əli olmadığını bildirib:
"Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsədilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var”.
Həkim Eyvazova məhkəmədə bildirib ki, ali tibb təhsili olmayıb: "Klinikaya kosmetoloq kimi işə qəbul edilmişdim. Yüngül prosedurları həyata keçirdim. Əməliyyat zamanı xəstəyə növbəti iynənin vurulmasını göstərişini mən verməmişəm. Aybəniz Almuradovanı "Məlhəm” klinikasına mən aparmışam. Xəstənin müalicəsi üçün bütün xərcləri də mən qarşılamışam”.
Qeyd edək ki, "Reo-Med" klinikasını idarə edən Əli Hüseynov "Dünya TV"nin rəhbəri Ramiz Hüseynovun oğludur. Əli Hüseynovun adı yerli mətbuata yad deyil. Bir neçə il əvvəl Əli Hüseynovun avtomobillə adam vuraraq öldürməsi barədə də məlumatlar dərc edilib. (Musavat.com)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri