Estoniyalı müdafiəçidən Musa Qurbanlıya cavab: Kimin oynamasının fərqi yoxdur İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Biz buraya qələbə qazanmaq üçün gəlmişik".
İdman.biz xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Maksim Paskotski deyib.
UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq estonların müdafiəçisi sabahkı oyuna tam hazır olduqlarını bildirib. Paskotski Estoniyanın futbolçularından heç kimi tanımadığını deyən yığmamızın hücumçusu Musa Qurbanlıya da cavab verib: "İlk matçda zədə üzündən birinci hissədə meydanı tərk etməli oldum. İndi hər şey qaydasındadır. Sabahkı oyuna tam hazırıq. Əlbəttə, hər oyundan əvvəl rəqib komandaların futbolçuları haqqında məlumat toplayırıq. Amma əsas məsələ komanda şəklində müdafiə olunmaqdır. Əgər bu işin öhdəsindən layiqincə gələ biliriksə, rəqin komandada kimin oynamasının fərqi yoxdur".
Qeyd edək ki, Paskotski Tallində keçirilən və Estoniyanın 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə zədə üzündən 29-cu dəqiqədə meydanı tərk edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















