Icma.az
close
up
RU
Ət xalını kəsdirmək təhlükəlidir?

Ət xalını kəsdirmək təhlükəlidir?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə olan, oval, ya da yumru şəkildə nöqtələrdir.

Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin - melanoçitlərin artması nəticəsində əmələ gəlir. Xallar bədənin istənilən yerində, istənilən yaş həddində yarana bilər.

E-tibb.az bildirir ki, bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Onların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın bütün yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.

Bəs ət xal nədir?

Dermatoloq Elçin Sadıqov bildirib ki, ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd rəngli də ola bilirlər. Ölçüləri 1 mm-dən 5 sm-ə qədər dəyişə bilər. Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 50-60-a çata bilir. Əsasən də aşırı kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil. Bununla yanaşı, ət xalların yaranmasında aşağıdakı faktorlar rol oynayır:

- Dəridə sürtünmə

- Şəkər xəstəliyi

- İnsulin rezistensliyi

- İnsan popiloması virusu

E. Sadıqov bildirib ki, ət xalların kəsilməsinə dair insanlar arasında bir qorxu var: "Belə bir mif dolaşır ki, guya ət xalı kəsdikdə xərçəngə dçevrilə bilir. "Bıçaq dəyərsə, xərçəng olar", - deyirlər. Bu, qətiyyən belə deyil. Ümumiyyətlə, ət xallarının insan səhhəti üçün heç bir qorxusu yoxdur. Onlar sadəcə, qıcıqlanmaya qarşı dərinin verdiyi bir reaksiyadır. Ət xalı kəsdirmək qətiyyən təhlükəli deyil. Əksinə, bəzən estetik baxımdan xoş təsir bağışlamır, kompleks yaradır. Onu kəsdirməklə kompleksdən qurtulurlar. İstənilən xalı kəsdirmək olar. Sadəcə, bəzi xallar vardır ki, onları sırf peşəkar cərrahlar kəsib götürməlidir, sıradan bir kosmetoloq və ya hansısa həkim yox".

Dermatoloqun sözlərinə görə, xal kəsilməzdən öncə müayinə şərtdir: "Tünd rəngli xalları dermatoskop vasitəsilə müayinə etmək şərtdir. Dermatoskop böyüdücü bir cihazdır. Onunla xalın daxilinə rahat şəkildə baxmaq olur".

Ümumiyyətlə, ət xallarından qurtulmaq üçün müasir tibdə xüsusi metodlardan istifadə olunur. Bura krioterapiya, cərrahi yolla koterizasiya (koaqulyator) və steril bir cərrahi sapla bağlama üsulları daxildir. Həkim bildirib ki, bu 3 üsuldan ən çox istifadə olunanı krioterapiyadır: "Krioterapiya daha rahat, qansız, ağrısız bir üsuldur. Maye azot qazndan istifadə olunur. Soyuq şəkildə olur, buz kimi. Bu qaz törəmənin üzərinə sıxılır və onu dondurur. Donan törəmə 2 həftə ərzində quruyub tökülür. Ağrısızdır, sadəcə cüzi göynəmə hissi olur, vəssalam. Odur ki, ət xalı olanlar onu kəsdirməkdən qorxmasınlar. Heç bir əks təsiri, narahatlığı yoxdur".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri