Etiketdə və kassada fərqli qiymətlər: Marketlərin fırıldağı ifşa olundu VİDEO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.
Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib.
Məsələyə aydınlıq gətirmək üçün çəkiliş qrupu həmin geyim mağazasına yollanıb. Mağaza sahibi qiymət fərqini belə izah edib:
"Endirimli qiymət etiketləri əvvəlcədən vurulub. Daha sonra isə qiymət artımı baş verib. Qiymət yenicə dəyişdiyinə görə bu, hələ etiketlərdə əksini tapmayıb".
Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt və ya rəsmi internet səhifəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya "195" qaynar xəttinə müraciət edə bilərlər.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















