Icma.az
close
up
RU
Etimad və inamı doğruldan Azərbaycanın Birinci XANIMI!

Etimad və inamı doğruldan Azərbaycanın Birinci XANIMI!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əməli fəaliyyət ilə böyük nüfuza sahib olub. Bu gün cəmiyyətimizin örnəyinə çevrilən Mehriban xanım məsuliyyət və zəhməti ilə fəaliyyətini davam etdirir. Onu vətənpərvərliyi, vətənə bağlılığı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir.]Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmiş oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra müsahibələrinin birində bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq: «Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb". Azərbaycanın Birinci vitse-prezidenti müxbirin "Siz dərhal razılaşdınızmı?" sualına cavabında deyib: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. …Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam". Mehriban xanim ən cətin zamanlarda insanların yanında oldu. "Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır", - deyə Azərbaycanın Birinci xanımı bildirib.

Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması onun çoxsaylı layihələrinə imza atdı. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirilir. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir.

"FOND DA, JURNAL DA KİFAYƏT QƏDƏR MÜRƏKKƏB VƏZİFƏLƏRİ YERİNƏ YETİRMƏLİ İDİ"

Vurğulayaq ki, aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü belə bildirmişdir: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

"YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB"

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və s. onun xeyriyyəcilik əməllərinə söykənir. "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam», - deyən Mehriban xanım genişmiqyaslı layihələri ilə diqqəti cəlb edib. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım Fondun başlıca vəzifəsi olaraq davam etdirilir.

SÜLHƏ VƏ DOSTLUĞA ÇAĞIRIŞ

Heydər Əliyev Fondu fəaliyyətə başladığı zamandan sərhəd tanımadan böyük və əhəmiyyətli layihələri həyata keçirərək humanizmin, xeyriyyəçiliyin ünvanı olduğunu dünya bir mesaj olaraq çatdırmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərfindən reallaşan layihələr dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə öz töhfəsini verir. Humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə nüfuza sahib olaraq, təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş layihələr həyata keçirir.

Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Heydər Əliyev Fondu tərfindən Bakının Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahı, Heydər Cümə məscidi, Binə qəsəbəsindəki Möhsün Səlim məscidi, İmam Rza məscidi, Buzovna qəsəbəsindəki Cümə məscidi və digər məscid və ziyarətgahlarda əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur.

Dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında quran Fond tərəfindən Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində təmir-bərpa işləri aparılmış, kilsənin asma tavanı bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzi inşa olunub. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir.

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını çıxışlarının birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir" - deyib.

Fondun həyata keçirdiyi layihələr təkcə Azərbaycanı əhatə etmir, onun miqyası geniş və şaxəlidir. Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. 1320–1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub. Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırmışdır. Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır. Bütün bu və digər layihələr Azərbaycan ilə dünya dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib.

Təbii ki, xalqlar və dövlətlərarası əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da yeri və rolu var. Rusiya, Gürcüstan, Fransa kimi dövlətlə mövcud olan əlaqələrin daha genişlənməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr öz müsbət nəticəsini verib.

Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun həyata keçirdiyi mühüm siyasətidir. Bu gün Azərbaycan ilə Vatikan arasında salınan körpünün yeni bir mərhələ təşkil etdiyini də qeyd etməliyik. Azərbaycan və Vatikan arasında münasibətlər bu gün yeni müstəvidədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi böyük hadisəyə çevrildi və Vatikan rəsmiləri tərəfindən Fondun həyata keçirmiş olduğu layihə öz yüksək qiymətini aldı. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə məhdudlaşmır. Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasını da qeyd etməliyik. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.

Tarixi İpək Yolunda yerləşən Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır və ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Ökəmizdə hökm sürən mühit multikulturalizmi alternativi olmayan həyat tərzinə çevirib. Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa üstünlük verir. Bu dəyərlər insanları sülhə və dostluğa çağırır.

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI İŞİNƏ ƏN DƏYƏRLİ TÖHFƏ

Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Bütün bunlarla yanaşı, Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Genişmiqyaslı layihələri ilə şöhrət tapan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında hazırlanan "Birinci xanım" adlı sənədli film onun fəliyyətinin əks etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see142

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see132

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see131

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see130

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see127

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see127

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see120

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see119

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see119

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see117

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see117

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see115

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see113

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see111

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri