Icma.az
close
up
RU
Etimadı satanlar tarixə ləkədir

Etimadı satanlar tarixə ləkədir

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan təhlükəsizlik strategiyası ölkənin suverenliyinin, ərazi bütövlüyünün və daxili sabitliyin qorunmasını əsas prioritet kimi müəyyənləşdirib. Məhz bu strateji xətt nəticəsində həm xarici təhdidlərə, həm də daxildən yönələn təhlükəli cəhdlərə qarşı adekvat və preventiv addımlar atılır.

Bu gün Azərbaycan Respublikasına qarşı yönələn hər hansı təhdid, təxribat və ya xəyanət cəhdi vaxtında aşkarlanır və qətiyyətlə neytrallaşdırılır. Son dövrlər üzə çıxarılan faktlar göstərir ki, dövlət institutları təhlükəsizlik, əks-kəşfiyyat və hüquqi mexanizmlər baxımından tam hazır vəziyyətdədir. Bu isə bir daha sübut edir ki, Azərbaycan dövlətinin dayaqları möhkəmdir və milli təhlükəsizlik sistemimiz real təhdidlərə qarşı çevik reaksiya vermək imkanına malikdir.

Danılmaz faktdır ki, müasir dövrdə dövlətlərin gücü təkcə silahlı qüvvələrlə ölçülmür. İnformasiya təhlükəsizliyi, daxili sabitliyin qorunması, hüquqi dövlət mexanizmlərinin işləkliyi də milli gücün əsas komponentləridir. Bu baxımdan, Azərbaycan təkcə hərbi qüdrəti ilə deyil, eyni zamanda institusional gücü, hüquqi mexanizmləri və operativ təhlükəsizlik strukturları ilə öz maraqlarını ciddi şəkildə qorumağı bacarır. Xəyanət hallarının vaxtında müəyyənləşdirilərək operativ tədbirlərin görülməsi dövlətin daxilində nəzarət mexanizmlərinin işlək olduğunu, milli maraqlara zidd fəaliyyətlərin gizli qalmasının mümkünsüzlüyünü göstərir.

Azərbaycanda xəyanətin müəyyən olunması dövlətçiliyin möhkəm dayaqlara söykəndiyini nümayiş etdirir. Bu reallıq Azərbaycana qarşı müxtəlif planlar quran dairələrə açıq mesajdır: dövlətə qarşı istənilən təhlükəli cəhd gec-tez üzə çıxacaq və layiqli cavabını alacaq. Azərbaycan öz milli maraqlarını qorumaqda qətiyyətlidir və bu xətt dəyişməz olaraq qalacaq.

Dövlət Təhlükəsizliyi Xidmətinin 12 fevral 2026-cı il tarixli rəsmi məlumatı Azərbaycan dövlətinə qarşı yönəlmiş təhlükəli və sistemli fəaliyyətlərin vaxtında müəyyən  olunduğunu açıq şəkildə ortaya qoydu. Bu sadəcə, siyasi polemika deyil. Bu, konkret faktlar, texniki sübutlar, maliyyə axınları və xarici xüsusi xidmət orqanları ilə gizli əlaqələr əsasında aparılan istintaqın nəticəsidir. 

Dövlətə xəyanət, sadəcə, hüquqi cinayət deyil, bu, xalqın taleyinə, torpağın ruhuna, şəhidlərin qanına, gələcəyin ümidinə xəyanətdir. Bu xətti keçənlər yalnız qanunu pozmur, onlar milli vicdanı tapdalayır, bir xalqın varlığına qarşı mövqe tutur. Bu torpaqda müstəqillik təsadüfən qazanılmayıb. Onun arxasında mübarizə, itkilər, ağrılar, qurbanlar vardır. Dövlətə arxa çevirmək məhz həmin qurbanların xatirəsinə arxa çevirməkdir. Bu, fərdi səhv deyil, bu, cəmiyyətə qarşı açıq əks mövqe, milli maraqlara xəyanətdir.

Dövlətin təhlükəsizliyi ilə oynamaq, xarici maraqların alətinə çevrilmək, informasiya müharibəsində öz ölkəsinə qarşı mövqe tutmaq – bunların hamısı eyni xəyanətin fərqli adlarıdır. Bu cür addımların “fikir azadlığı” pərdəsi altında təqdim edilməsi isə daha təhlükəlidir. Çünki azadlıq dövlətin özülünü dağıtmaq üçün alət ola bilməz.

Cəmiyyət bu məsələdə susqun qalmamalıdır. Dövlətin yanında durmaq yalnız əlamətdar anlarda şüar səsləndirmək deyil, çətin məqamda da milli mövqeyi ortaya qoymaqdır. Kənardan sifarişlə deyil, vicdanla danışmaqdır. Öz dövlətinə qarşı yönələn hər addıma prinsipial mövqe göstərməkdir.

Bu ölkənin gələcəyi şəxsi ambisiyalara qurban verilə bilməz. Dövlətin zəiflədiyi yerdə vətəndaşın gücü də yox olur. Ona görə də xəyanətə münasibət birmənalı olmalıdır: bu, siyasi mövqe yox, qırmızı xətdir. Bu xətti keçən cavab verməlidir – hüquq qarşısında, tarix qarşısında, xalqın vicdanı qarşısında. 

Dövlətə sədaqət pafos deyil, milli təhlükəsizliyin əsasıdır. Bu əsası sarsıtmağa çalışanlara qarşı cəmiyyətin mövqeyi sərt, aydın və güzəştsiz olmalıdır. Burada söhbət fərziyyələrdən getmir. Dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə aparılan gizli danışıqlar, xaricdən maliyyələşmə, kütləvi iğtişaşların planlaşdırılması və dövlət institutlarına qarşı yönəlmiş ssenarilər hüquqi müstəvidə üzə çıxarılmış faktlardır. Dövlətin təhlükəsizliyi ilə “müxalifətçilik”, “fikir azadlığı” adı altında oynamaq olmaz. Dövlətin təməlinə zərbə vurmaq cəhdi artıq siyasi mübarizə yox, xəyanətdir.

Xüsusilə diqqətçəkən məqam odur ki, bu fəaliyyətlərdə xarici xüsusi xidmət strukturlarının roluna dair sübutların mövcudluğudur. Bu isə məsələni daxili siyasi çəkişmə müstəvisindən çıxarır və onu birbaşa milli təhlükəsizlik problemi səviyyəsinə qaldırır. Xarici mərkəzlərdən idarə olunan ssenarilərin məqsədi Azərbaycanı daxildən zəiflətmək, dövlət institutlarını sarsıtmaq və ölkəni xaosa sürükləməkdir. Bu cür planların vaxtında müəyyənləşdirilərək iflasa uğradılması bir daha göstərir ki, Azərbaycanda dövlət təhlükəsizliyi abstrakt anlayış deyil, real təhlükələrə qarşı real mübarizədir. Göstərilən etimadı satanlar dövlətə ləkədir. Dövlətimizdə xəyanətə yer yoxdur.

Bu faktlar fonunda cəmiyyətdə süni “qaranlıq nöqtələr” yaratmağa çalışanlar, mövzunu şübhə altına alanlar və ya məsələni siyasiləşdirərək manipulyasiya edənlər ya məsuliyyətsiz davranır, ya da qəsdən çaşdırma aparırlar. Dövlət təhlükəsizliyi məsələsində tərəfsiz mövqe olmur. Ya dövlətin yanındasan, ya da dövlətin təhlükəsizliyinə qarşı qurulan ssenarilərə dolayısı ilə xidmət edirsən.
Azərbaycan dövləti tarixinin ən həssas dönəmlərindən keçərək bu gün regional gücə çevrilib. Bu gücün arxasında güclü dövlətçilik iradəsi, sabitlik və təhlükəsizlik dayanır. DTX-nin üzə çıxartdığı faktlar bir daha sübut edir ki, bu sabitliyi pozmaq istəyən qüvvələr hələ də mövcuddur və onların qarşısının alınması dövlətçiliyin qorunmasının ayrılmaz hissəsidir.

Bu gün susmaq tərəfsizlik deyil, bu gün susmaq təhlükəyə göz yummaqdır.

Bu gün mövqe bildirmək dövlətin yanında durmaqdır.

Azərbaycan dövlətinə qarşı xəyanətin üstü açılıb.

Bu fakt qarşısında cəmiyyətin mövqeyi də aydın olmalıdır: dövlətin yanındayıq. Nöqtə.

Sara Əzimova 
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Fevral 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri