Icma.az
close
up
RU
“Ətraf mühiti qoru”: maarifləndirmə aksiyaları”: QHT layihənin icrasına başladı

“Ətraf mühiti qoru”: maarifləndirmə aksiyaları”: QHT layihənin icrasına başladı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühiti qoru”: maarifləndirmə aksiyaları” layihəsinin icrasına başlayıb. Bu barədə təşkilatın sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib.

“Son illər planetimizdə baş təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. Təbii ehtiyatlardan israfçılıqla istifadə üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin aparılmasında ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür”-deyən, QHT sədri bildirib ki, gənc nəsildə ekoloji şüurun formalaşdırılması erkən yaşlarından başlanmalıdır:

“Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq.

Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır”.

Elman Cəfərli bildirib ki, layihə çərçivəsində Bakı, Xaçmaz və Ağdamda maarifləndirmə tərbirləri: ictimai müzakirələr, dəyirmi masalar təşkil olunacaq, ekoloqların və pedaqoqların, alimlərin iştirakı ilə video-müsahibələr hazırlanacaq. Hazırlanan video-materiallar sosial şəbəkələrdə paylaşılacaq. Bundan başqa sahə üzrə ekspertlərin rəyləri ilə məqalələr hazırlanıb kütləvi informasiya vasitələrində yayımlanacaq.

E.Cəfərli layihəni dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri