Euronews un nümayəndəsi: Azərbaycanlı jurnalistlərdən nələrsə öyrənməyi çox istərdim
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Bu gün Bakıda olmaqdan və “Euronews”un strateji fəaliyyətinin bir hissəsi kimi burada iştirak etməkdən böyük məmnunluq duyuram. Bu fəaliyyətin əsas məqsədi tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla, bilik və təcrübə mübadiləsi aparmaq, media sahəsində beynəlxalq təcrübəni paylaşmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Euronews"un Astanadakı bürosunun rəhbəri Boyan Brkiç deyib.
"Mən Bakıya gənc azərbaycanlı jurnalistlərlə görüşmək və onlarla "Euronews"da, eləcə də ümumilikdə Avropada medianın necə işlədiyi barədə informasiyaları bölüşmək üçün gəlmişəm. Biz heç vaxt demirik ki, bu işi daha yaxşı bacarırıq, sadəcə, bəzən fərqli yanaşmalarımız olur və həmin fərqlər üzərində fikir mübadiləsi aparmaq çox maraqlıdır. Bu, media təlimi aparmaq üçün Bakıya ilk səfərimdir. Daha əvvəl fərqli məqsədlərlə Bakıda olmuşam, lakin bu cür peşəkar təlimdə ilk dəfədir iştirak edirəm. Təlim zamanı əsas diqqət xəbər paketlərinin hazırlanmasına, televiziya formatlarının qurulmasına və onların səmərəli tətbiqinə yönələcək. Eyni zamanda, mən də azərbaycanlı jurnalistlərdən nələrsə öyrənməyi çox istərdim. Çünki müxtəlif ölkələrdə keçirdiyimiz belə təlimlərdə iştirakçılardan çox şey öyrənmişəm və bu, məni daha peşəkar jurnalist edib. İnanıram ki, bu proqram, sadəcə, bilik ötürmək deyil, qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi üçün mühüm platformadır. Mən həmişə deyirəm ki, bu, təktərəfli tədris yox, fikir və biliklərin qarşılıqlı paylaşımıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















