Icma.az
close
up
RU
Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir

Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dişlərə düzgün qulluq onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.

Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl təmizləmək lazımdır.

AZƏRTAC bildirir ki, Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı dişlərin ağardılması barədə deyib: "Mütəmadi olaraq hər gün 3-5 dəqiqə ərzində dişlərin xarici, daxili və çeynəmə səthi fırçalanmalıdır. Bunun üçün təxminən 10 dəqiqə ərzində fırça diş boyu vertikal istiqamətdə, ən az 400 dəfə hərəkət etdirilməlidir. Axşam dişləri təmizlədikdən sonra isə diş ətini 5-7 dəqiqə ərzində masaj etmək məsləhət görülür. Ağız boşluğu və diş ətinin iltihabi xəstəlikləri olduqda masaj etmək düzgün deyil".

Həkim ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu barədə məlumat verib: "Dişlərin ağardılması üçün ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və onun külü ilə dişlər təmizlənir. Bir ay ərzində həftədə iki dəfə zeytun yağı, soda və limon suyunun qarışığı ilə də dişləri ağartmaq olar. Onu da qeyd etmək lazımdır ki, bu prosedurun tez- tez təkrarlanması diş emalını zədələyə bilər.

Diş məcununa əlavə edilən bir damcı limonun efir yağı dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə də səbəb olur.

Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloz bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir.

Bundan başqa 1 stəkan suda 1 ədəd hidrogen-peroksid həbi həll edilir və ağız onunla yaxalanır. Həmin proseduru hər gün təkrarlamaq lazımdır.

Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbi əzilir, alınan tozla dişlər təmizlənir. Tam bəyaz olmasa da, dişlərin rəngi xeyli açılır.

Dil üzərində ağ ərp olduqda isə onu xüsusi diş fırçası ilə təmizləmək lazımdır".

Damagların mohkəmliyi uçun C vitamini ilə zəngin olan çiyələk və limondan istifadə etməyi məsləhət görən həkim-stomatoloq həmin üsulların həkim təyinatı ilə aparılmasını daha məqsədəuyğun hesab edir. Belə ki, tətbiq olunan hissənin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya verəcəyi məlum deyil və onlar diş emalını zədələyə bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri