Icma.az
close
up
RU
Ev tapşırığı elə olmalıdır ki şagirdin yaradıcı təfəkkürü inkifaş etsin Elçin Əfəndi

Ev tapşırığı elə olmalıdır ki şagirdin yaradıcı təfəkkürü inkifaş etsin Elçin Əfəndi

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu halda dərsi daha yaxşı mənimsəyə, daha yaxşı öyrənə bilər

Elm və təhsil naziri Emin Əmrullayev ev tapşırıqları barədə danışıb. Yerli media orqanlarına müsahibə verən nazir deyib ki, təhsil nailiyyətləri yalnız ev tapşırıqları ilə bağlı olsaydı, bütün ölkələr ev tapşırıqlarını artırmaqla və ya azaltmaqla yüksək nəticələr əldə edərdi.



Bu qədər sadə bir həll yolu olsaydı, yəqin ki, kimsə onu çoxdan düşünüb tətbiq etmişdi. E. Əmrullayev qeyd edib ki, ev tapşırığının saatı və həcmi məsələsindən daha vacib sual uşağın həmin vaxt ərzində nə ilə məşğul olmasıdır: "Ola bilər ki, uşaq dörd saat tapşırıq üzərində işləsin, amma bunun ona real faydası olmasın. Burada tapşırığın məzmunu və düşünmə məsələsi ön plana çıxır. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və təhsilalanların daim sual verməsi, düşünməsi və cavab axtarmasıdır. Hər hansı bir tənliyin həlli ilə mexaniki şəkildə məşğul olmaqdansa, sərbəst mühakiməni və düşünmə bacarığını təşviq edən tapşırıqlar daha vacibdir".

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a bildirdi ki, nazirin qeyd etdiyi kimi, bizdə sanki robotlaşma var, müəyyən məsələnin, misalın həllini yalnız bir öhdəlik kimi üzərimizə götürürük; mütləq bu tapşırıq həll olunmalıdır. Vacib olansa budur ki uşaq düşünsün, özü nə isə müəyyənləşdirsin: 

- Konkret olaraq, bu düsturu həll edim, məsələ bitmiş olsun, belə olmamalıdır. Tapşırığın say çoxluğu deyil, məzmunu, mahiyyəti önəmlidir. Elə etməliyik ki, şagird özü düşünərək məsələ formalaşdıra bilsin. Ev tapşırığı elə olmalıdır ki şagird tapşırığı icra edərkən yaradıcı təfəkkürü inkifaş etsin, formalaşsın. Bu halda dərsi daha yaxşı mənimsəyə, daha yaxşı öyrənə bilər. Biz təhlillərə baxırıq, bütün fənlər üzrə kifayət qədər ev tapşırıqları verilir, amma şagirdin istirahət hüququ var. Halbuki məhdud sayda, lakin təfəkkürü inkişaf etdirən tapşırıqlarla həm təhsil göstəricilərini artırmış olarıq, həm də şagirdn istirahət etmək müddətini artıra bilərik. Ev tapşırığı çoxluğu yanaşmasından qaçmalıyıq. Biz ev tapşırıqlarının sayına, ona nə qədər vaxt sərf olunmasına deyil, daha çox məzmuna fokuslanmalıyıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri