Icma.az
close
up
RU
Ev tikmək istəyənlərə vacib xəbər Bunu mütləq edin, əks halda… KONKRET

Ev tikmək istəyənlərə vacib xəbər Bunu mütləq edin, əks halda… KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ev tikmək istəyən vətəndaşlar zaman-zaman mümkün tələblərə görə çaşqınlıq yaşayırlar. Prosesin düzgün aparılması üçün müvafiq icazələrin alınması və qaydalara riayət edilməsi vacib olsa da, çoxları bundan xəbərsizdir. Bu isə nəticədə qanuni problemlərə və tikinti ilə bağlı digər çətinliklərə səbəb ola bilər.

Fərdi ev tikintisi üçün icazə alınmalıdırmı? Bunun üçün nəzərdə tutulan rüsum var?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, yaşayış evi tikmək istəyən hər bir fiziki və ya hüquqi şəxs bu prosesi müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirməlidir:

“Bu məsələ “Şəhərsalma və Tikinti Məcəlləsi”, “Torpaq Məcəlləsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. Tikinti işlərinə başlanmazdan öncə bir sıra hüquqi prosedurlar yerinə yetirilməli, müvafiq icazələr alınmalı və tələb olunan rüsumlar ödənilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaşayış evlərinin və digər tikililərin inşası üçün əvvəlcədən tikinti layihələndirmə sənədləri hazırlanmalı və yerli icra hakimiyyəti orqanlarından tikinti icazəsi alınmalıdır. Lakin həmin məcəllənin 94-cü maddəsinə əsasən, bəzi hallarda tikinti icazəsi alınmadan tikinti işlərinə başlamaq mümkündür. 12 metrə qədər hündürlüyü olan bir mərtəbəli fərdi yaşayış evləri,  kənd təsərrüfatı təyinatlı və müvəqqəti tikililər bu qəbildəndir”.

Hüquqşünas bildirib ki, tikinti icazəsinin alınması üçün müəyyən sənədlər tələb olunur:

“Belə ki, torpaq sahəsinin mülkiyyət çıxarışı, əraziyə dair baş plan yaxud müvafiq planlaşdırma sənədi, eskiz layihə, mühəndis-texniki təminatla bağlı razılaşmalar və müraciət ərizəsi aidiyyəti üzrə təqdim edilməlidir. İcazə alınmadan və ya normativ tələblərə uyğun olmadan həyata keçirilən tikinti işləri qanunsuz hesab olunur. Belə hallarda tikinti dayandırıla, sökülə və obyektə dair hüquqlar rəsmiləşdirilməyə bilər. Eyni zamanda, vətəndaş inzibati məsuliyyətə cəlb olunur. Fiziki şəxslərə 1500, hüquqi şəxslərə isə 10 min manata qədər cərimə tətbiq oluna bilər. Tikinti icazəsinin verilməsi özü-özlüyündə rüsumlu xidmət deyil. Lakin bəzi texniki prosedurlar zamanı müxtəlif xidmət haqlarının tətbiq edilməsi mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri