Icma.az
close
up
RU
Evdə tərbiyə, məktəbdə tədris... Təhsil ocağına gedən övladınıza doğru davranışı öyrədin Video

Evdə tərbiyə, məktəbdə tədris... Təhsil ocağına gedən övladınıza doğru davranışı öyrədin Video

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bir neçə gündən sonra uşaqlarımız yeni təhsilə başlayacaqlar, kimi orta təhsilini davam etdirəcək, kimi ali təhsilə başlayacaq. Bu önəmli zamanda uşaqlarınıza verəcəyiniz tövsiyələr həm sizin üçün, həm də uşaqlarınız üçün böyük əhəmiyyət kəsb edir.

Övladınıza zaman ayırın və onunla danışın: boyu, çəkisi, görünüşü, ev həyatı və ya zövq aldığı şeylərə görə kiməsə istehza ilə yanaşmağa, kimisə ələ salmağa haqqı olmadığını başa salın. Başa salın ki, insanlar, eləcə də onların istəkləri, arzuları, vərdişləri müxtəlifdir və bu, heç bir zaman münahisə mövzusu olmamalıdır.

Övladınıza izah edin ki, hər gün məktəbə eyni geyimi və ya eyni ayaqqabını geyinmək ayıb deyil. Əslində təhsilinə ciddi şəkildə önəm verən şagirdlər və tələbələr buna qarşı çıxmırlar. Deyin ki, istifadə edilmiş bir çanta ilə yeni alınmış bir çanta eyni funksiyanı həyata keçirir. İzah edin ki, geyimləriniz, daşıdığınız aksesuarlar sizi əks etdirmir. Sizi əks etdirən hörmət qazandıran davranışlarınız olmalıdır.

Məktəb sıralarında “fərqli” uşaqlar ola bilər. Bu da sizin övladınıza əsas vermir ki, həmin uşaqları kənarlaşdırsınlar. Sevmədikləri insanlarla məsafə saxlaya bilərlər, amma bu da mübahisələrə baş qoşmamaq, təhsilə daha çox zaman ayırmaq və sevmədikləri insanlardan uzaq olmaq üçün olmalıdır.

Kimisə müzakirə etmək, kiminsə arxasınca danışmaq, kiminsə vərdişlərini istehza hədəfinə çevirməyin düzgün olmadığını izah edin...

Daha acınacaqlı bir durumu da nəzərə alaraq uşaqlarınıza izah edin: atalar deyir ki, “sirrini dostuna demə, dostunun da dostu var”. İnsanlara sirr açacaq qədər dost olmamağı tövsiyyə edin.

Övladınızla söhbətdə xüsusilə qeyd edin ki, bütün uşaqlar sevgi dolu mühitdə yetişmir. Xaraktersiz, özünü idarə edə bilməyən, pis vərdişləri olan uşaqlar ola bilər. Onlarla məsafəli davranmalarını izah edin.

Mütləq vurğulayın ki, hər bir uşaq öz valideyninin, ailəsinin güzgüsüdür. Və bildirin ki, hər şey ailədən başlayır...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri