Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? “Şirkətlər Bakıda bina tikmək istəmir”

Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? “Şirkətlər Bakıda bina tikmək istəmir”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində diqqətçəkən paylaşım edib:

“Nizami rayon məhkəməsində bir prosesin şahidi oldum. Tikinti şirkəti çoxmənzilli binanı söküb yerində yeni 18 mərtəbəli bina tikməli və orada sakinlərə yeni mənzillər verməli imiş. Sakinlərə də bu müddət ərzində kirayə haqqı ödəməli imiş ki, haradasa yaşasınlar. Lakin yekunda tikinti şirkətinə yalnız 9 mərtəbəli bina tikməyə icazə verilib. İndi nə sakinlərin mənzillərini, nə də 5 ildir  kirayə haqqını verir. Buna görə indi kim cavab verəcək?” 

Son zamanlar tikinti şirkətləri ilə bağlı şikayətlər artmaqdadır.

Nə üçün vətəndaşa ev söküləndə yerinə ev veriləcəyi vəd olunur, nağd pul verilmir? 

“Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, rəsmi məlumatalara görə, 5200-dən artıq vətəndaş müxtəlif tikinti şirkətləri tərəfindən aldadılıb. Ekspert qeyd edib ki, sonradan onların bir hissəsi ev ilə təmin olunub, bir hissəsinin isə məhkəmələri davam edir: 

“Artıq paytaxt Bakının Baş Planı təsdiq olunub. Bu səbəbdən Bakıda çox sayda qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülüb ya infrastruktura veriləcək, ya yeni tikinti planı ilə əvəzlənəcək. 

2016-cı ildə yeni qərar qüvvəyə mindi. Yeni qərar pilot layihəli binaların tikintisi ilə bağlı idi.

Daha sonra bu qərar ləvğ olundu. Söküləcək binalarla bağlı Fövqalədə Hallar Nazirliyinin rəyi olmalıdır. Belə ki, qəzalı vəziyyətdə olan binalar birmənalı olaraq sökülməli, sakinləri kirayəyə çıxarılmalı və onların yerinde yeni tipli binalar tikilməlidir. Söküntülər indi yalnız Bakıya şamil olunur”. 

O bildirib ki, bu da iki formada aparılır: torpaqların dövlət ehtiyacı üçün alınması və özəl tikinti şirkətləriə verilməsi:

“ Ərazi dövlət ehtiyacı üçün alınırsa, bu zaman əlavə olaraq, idarələr və parklar salınır. Vətəndaşlara bazar dəyərindən 20% artıq kompensasiya verilərək məzilləri qiymətləndirilir. Dövlət vətəndaşlara pul verir. Söküntü işlərini özəl sektor aparırsa, sakinlərə tikiləcək binalardan mənzillər verir. İndi qaydalar çox dəyişib. Hazırda hansısa tikinti şirkətinin bina inşa edə bilməsi üçün mütləq qaydada onun sənədləri müxtəlif qurumlarla bərabər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq olunmalıdır. 

Yerləşdiyi torpaq sahəsinin ölçüsünə uyğun olaraq tikinti əmsalı olmalıdır. Bu cür qəzalı binaları sökən şirkətlərə bank təminatı deyilən məktub verilməlidir. Bakıda illər ərzində bir çox tikinti şirkətləri tərəfindən vətəndaşlar aldadılıb. Rəsmi məlumatalara görə, 5200-dən artıq vətəndaş müxtəlif tikinti şirkətləri tərəfindən aldadılıb. Onların bir hissəsi ev ilə təmin olunub, bir hissəsinin isə məhkəmələri isə davam edir. O baxımdan, vətəndaşların evləri qəzalı vəziyyətdədirsə, həmin binalarda yaşamaq olmaz. Hər hansı bir tərpəniş baş verərsə, orda insan tələfatı ola bilər. Bu baxımdan, tikinti şirkətlərinin köhnə binaları söküb tikməsi bir növ dövlətin etməli olduğu işləri görürlər. Bununla bağlı çox ciddi nəzarət var. Çünki 2040 ilə qədər paytaxt Bakı Baş Planda əks olunan formada olmalıdır”. 

Elnur Fərzəliyevin sözlərinə görə, tikinti şirkətləri evləri sökmək istədikdə, hər bir şəxs o şirkətlə bağlı məlumat əldə etməlidir: 

“Vətəndaşlar şirkətlə bağlı müəyyən qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətlərinə sorğu göndərməlidirlər. O şirkətin keçmişi ilə maraqlanmalıdırlar. Yəni bunlarla maraqlanmaq vətəndaşların borcudur. Artıq fırıldaqçı şirkətlərin fəaliyyət göstərməsinə icazə verilmir. Çünki onların rəhbərlərinin böyük əksəriyyəti həbsdədir. 

Yaxşı tərəf odur ki, burda təkcə binanın özü köhnə deyil, onun içindəki kommunikasiya xətləri, zirzəmilər bərbad vəziyyətdə olur.

Təbii ki, vətəndaşa verilən mənzil köhnə mənzilindən iki dəfəyə qədər baha olur. Hazırda Bakıda köhnə, istismar müddətini bitirmiş, sökülmə ehtimalı olan ərazilərdəki mənzillərə tələbat daha çoxdur.

Onların satış qiymətləri çox bahadır. Dünya praktikasına əsaslansaq, bu tip binalardakı mənzillərin qiymətləri onların əvvəlki vəziyyətində olan qiymətlərindən 50% daha aşağı təklif olunur. Bizdə isə həmin köhnə binaların satış qiymətlərində fantastik artım var. Buna də əsas səbəb o binaların sökülüb yeni binalarla əvəzlənməsidir. İnvestorlar bu tip layihələrə pul qoyurlar ki, bina söküləndə ona kirayə pulları veriləcək və verilən yeni tikili binadakı mənzilin satış qiynəti köhnə binadan daha baha olacaq”. 

O bildiri ki, əvvəllər də bu tip problemlər olub: 

“Təbii ki, bu. məhkəmə predmetidir. Həmin bina 9 mərtəbə tikiblərsə, birmənalı olaraq əvvəlki sakinlər orda mənzillə təmin olunmalıdırlar. Nəticə etibarilə onların hər birinin mülkiyyət hüququ var. Söküntü zamanı bəzən sakinlər deyirlər ki, mənim çıxarışım var və sökmək olmaz var, mülkiyyət toxunulmazdır. 

Fövqaladə Hallar Nazirliyi o binanın qəzalı olması ilə bağlı rəy veribsə,  mülkiyyət hüququ pozulmur və vətəndaşın həmin ərazidən çıxması qanun ilə mütləqdir. O şərtlə ki, həmin ərazini sökən şirkət vətəndaşı başqa məzillə təmin eləsin. Yəni köhnə binaları dövlət sökmür. Bakıda 11 000-ə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Bəlkə də ümumi monitorinq aparılsa, yüzlərlə qəzalı vəziyyətdə bina var. Digər tərəfdən, sakinlər şirkətlərin etibarlı olub-olmaması ilə bağlı məlumat əldə etməlidirlər. Söküntü hansı ərazidə aparılırsa, həmin icra hakimiyyəti və tikintiyə icəzə verən bütün qurumlar vətəndaşa zəmanət verməlidir. O zəmanəti tələb etmək vətəndaşın hüququdur. 

Tikinti ilə bağlı qaydaların sərt olması səbəbindən Bakıda tikinti şirkətləri bina tikmək istəmir. Çünki əvvəlki qədər tikə bilmirlər.

Bu da şəhərin sıxlıqdan qorunması üçündür. Şirkətlərin isə əsas götürdüyü öhdəlik vətəndaşları ev ilə təmin etməkdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri