Icma.az
close
up
RU
Evi yanan ailə ağacın altında yaşayır: Qurumlar niyə dəstək göstərmir?

Evi yanan ailə ağacın altında yaşayır: Qurumlar niyə dəstək göstərmir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə İsmayıllı rayonu Mollaisaqlı kəndinin sakini Mürsəlov Nofəl Mürsəl oğluna məxsus evdə yanğın baş verib. 

İlkin səbəb kimi çöldən gələn elektrik naqilində qısaqapanmanın baş verdiyi güman edilir. Evin sahibi 3 övlad atasıdır. Hadisə baş verən zaman uşaqların təhsili ilə əlaqədar ev sahibi Bakıda olub. Yanğın zamanı ev sahibinin bütün malı-mülkü yanıb. Qeyd edək ki, artıq bir neçə gündür evi tamamilə yanan ailə üzvləri həyətlərindəki ağacın altında yaşamaq məcburiyyətindədirlər. 

Rəsmi qurumlar tərəfindən də onlara hər hansı kompensasiya verilib-verilməyəcəyi məlum deyil. Baş vermiş hadisə ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinin Mollaisaqlı ərazi idarəetmə dairəsi üzrə nümayəndəsi Həşim Həşimov “Cebheinfo.az”-a bildirib ki, icra nümayəndəliyinin elə bir vəsaiti yoxdur ki, kiməsə ev tiksin. 

Kənddə belə hadisə baş verəndə sakinlər kömək göstərirlər. Mövcud vəziyyətlə bağlı evi yanan ailənin fikirlərini öyrənmək istədik. Nofəl Mürsəlovun həyat yoldaşı Ruhiyyə Kərimova Mollaisaqlı kənd orta məktəbinin müəllimidir. Hazırda ailə acınacaqlı, çətin vəziyyətdədir. Yaranmış vəziyyətlə bağlı müvafiq qurumlara müraciət edən Ruhiyyə Kərimova bildirdi ki, ailə olduqca ağır duruma düşüb: 

"Evimiz yanıb, kül olub, küçədə qalmışıq. Qoca, 85 yaşlı xəstə qaynanamla ağacın altında yaşayırıq. Kim inanmırsa gəlsin, baxsın, araşdırsın, görsün nə vəziyyətdəyik. Evdən bir çöp belə, çıxarda bilməyiblər. Bir stəkan tapmırıq ki, su içək. İki övladım ali məktəbdə təhsil alır. Qızım 671 bal toplamışdı və Azərbaycan Tibb Universitetində oxuyur. 

Oğlum 608 balla Bakı Ali Neft Məktəbində təhsil alır. Mən də istəyərəm ki, övladlarım Vətən üçün layiqli, savadlı, bacarıqlı vətəndaş olsunlar, dövlətimizə xidmət göstərsinlər. Oğlum fizikadan Olimpiada qalibi olub. 

İcra hakimiyyətinin saytında oğlumun və qızımın icra başçısı ilə şəkilləri var. 2021-ci ildə qızımın, 2024-cü ildə oğlumun uğurları ilə yazı, foto saytda yer alıb. Ancaq hazırda çətin vəziyyətdəyik. Aidiyyəti qurumlardan kömək istəyirəm. Heç kəs gəlib bizimlə maraqlanmır. Heç bir qurum gəlib rəy vermir ki, bu ev nədən yanıb. Nə vaxtadək ağacın altında yaşayacağıq? 

İsmayıllı rayon İcra Hakimiyyətindən xahiş edirəm ki, bizəkömək etsin. Xeyirxah, ürəyiyanan insanlardan kömək gözləyirik. Gəlib vəziyyətə baxsınlar. Necədirsə, ona uyğun dəyərləndirsi,olduğu kimi qiymətləndirsinlər. Kasıb kənddir, burada 100 ev var. Onların da topladığı vəsait 1000-1500 manat ola bilər. Mənim oğlum ötən il “Son zəng”də geyindiyi eyni köynəkdədir. Onu gecə yuyuram, səhər yenə geyinir. Yoldaşım ustadır”. 

O bildirib ki, ailənin maddi vəziyyəti  yenidən ev inşa etməyə imkan vermir: 

“Müvafiq qurumlardan kömək gözləyirik". 

Xatırladaq ki, artıq bir neçə gündür evsiz qalan ailənin köməyə ehtiyacı var. Müvafiq qurumlar, o cümlədən rayon İcra Hakimiyyəti öz sakininin mövcud vəziyyətinə biganə qalmamalıdıır. 

Nigar Abdullayeva 
“Cebheifno.az”

Açar sözlər: Evi yanan qurumlar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri