Icma.az
close
up
RU
Evində, dükanında, bağında öldürülən AZƏRBAYCANLILAR 31 MART

Evində, dükanında, bağında öldürülən AZƏRBAYCANLILAR 31 MART

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Ermənilər öz mənafeyini güdən, etibarsız, siyasi nöqteyi-nəzərdən isə daim nəzarətdə olunmalı bir millətdir".

News24.az xəbər verir ki, bu sözlər Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərdə qeyd edilib.

1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib.

Soyqırım başlamazdan əvvəl Bakı quberniyasına nəzarəti əlində saxlayan Bakı Soveti bilərəkdən müsəlman əhalini tərksilah etməyə başlayır. Martın 30-u axşamüstü müsəlmanlara ilk atəş açılır və soyqırım başlayır. 

Martın 31-i səhər tezdən isə müsəlman məhəllələrinə hücum edilir. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlman evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atıblar.

Eyni zamanda, qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərinə əvvəlcədən plemyotlar qoyulmuşdu. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-ində axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. 

Arxiv materiallarından məlum olur ki, ermənilər tərəfindən başlanmış soyqrımda Bakı və Bakı ətrafı kəndlərdə əhaliyə qarşı vəhşiliklər törədilib. Dövlət Tarix Arxivində mühafizə olunan məscid sənədlərində istər azyaşlı, istər qadın, istərsə də qoca olan dinc əhalinin silahla öldürülməsi, xəncərlə doğranılması kimi erməni vəhşiliklərinin şahidi oluruq.

Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində Buzovna kənd sakini Molla Ağa Əbdülrza oğlu, Buzovna kənd sakini Mirzəəmi Kərbəlayi Rza oğlu, Əliheydər Hacı Salman oğlu öz evlərində, Kərbəlayi Ağarəhim Hacı Əsgər oğlu öz dükanında, Əliağa Kərbəlayi Rüstəm oğlu öz evinin bağında, Ağahüseyn Kərbəlayi Nurməhəmməd oğlu ermənilər tərəfindən qətlə yetirilib.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb:


“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməyiblər. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır".


Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalanıb.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri