Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Evlənmirəm, əl çəkin... Gənclər niyə ailə qurmaq istəmir? Səbəblər...

Evlənmirəm, əl çəkin... Gənclər niyə ailə qurmaq istəmir? Səbəblər...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycanda ailə qurmaq istəyən gənclərin sayı azalmağa doğru gedir. Statistikayla yanaşı, sosial müşahidələr də göstərir ki, gənclərin əksəriyyəti evlilənməyə N-ci dərəcəli kimi baxır.

Bəs səbəb nədir?

Bakıvaxtı.az bu suala cavab tapmaq üçün gənclərin, onların valideynlərinin fikirlərini öyrənib.

27 yaşlı Orxan Qasımsoy:

“Hər ay kirayə, kommunal, kart borcu, kredit… Bunları zorla ödəyirəm. Özümü birtəhər saxlayıram, bir də kimisə yükləməyə utanıram”.

25 yaşlı Nigar Nizaməddinqızı isi hələ ölkələri gəzmək, özünü inkşaf etdirmək istəyindədir:

“Düzdür, evdəkilər də, qohum-əqrəba da “yaş ötür, ərə getmək vaxtıdır” deyirlər. Amma mən hələ ailə qurmaq niyyətində deyiləm. Əsas hədəfim özümü inkişaf etdirmək, daha bir neçə ölkəni gəzməkdir”.

“İndiki qızlar hələ "karyera qururam" deyirlər. Mən, məsələn, qızımın indiki yaşında artıq iki uşaq anasıydım”, - 52 yaşlı Gülbəniz Mövsümova bildirir.

“Oğlum deyir ki, ana, evlənmək üçün əvvəlcə maşın, ev, stabil gəlir lazımdır". İndiki gənclərdə sevgi də yoxdur bala”, - bunu isə adının çəkilməsini istəməyən başqa bir ana gülümsəyərək deyir.

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Bakıvaxtı.az-a danışıb. Onun sözlərinə görə, təəssüf ki, gənclər arasında evliliyə soyuq münasibətin olması artıq heç kimə sirr deyil. Üstəlik bu vəziyyətin təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunması göstərir ki, bu sadəcə lokal xarakterli keçici trend yox, qlobal bir sosioloji dəyişiklikdir.

Müsahibimiz bildirir ki, gənclərin evlənmək istəməməsinin bir çox səbəbi var:

"Dövrümüzdə artıq "özünü kəşf etmək", "karyera qurmaq", "azad olmaq" kimi fərdi hədəflər daha ön plandadır. Evlilik isə bir növ fərdi azadlıqları məhdudlaşdıran institut kimi qəbul olunur.

Üstəlik, Qərb mədəniyyəti özü ilə təkcə fərdiyyətçi düşüncə tərzini yox, həm də gender bərabərliyi, feminizm kimi ideoloji axımları da gətirməkdədir. Hansı ki bu da nəticədə ailədaxili rolları kəskin şəkildə sorğuladır və əsrlər boyu varlığını qoruyan status-kvonu laxladır. Qadınlar artıq özlərini sadəcə “ana və həyat yoldaşı” rolunda görmək istəmirlər. Onlar təhsil alır, karyera qurur, azad yaşamaq istəyirlər. Paralel olaraq, bəzi kişilər də artıq ailənin yeganə təminatçısı olmaq istəmirlər".

Sosioloq qeyd edib ki, qeyri-rəsmi münasibətlər də evliliyə əngəldir:

"Qeyri-rəsmi münasibətlər, evlilikdən kənar birgə yaşam, "açıq münasibət" (“open relationship”) deyilən sərhədsiz birlikdəliklər getdikcə daha normal qarşılanır. Evlilik artıq münasibətin yeganə məqbul forması olmaqdan çıxmağa başlayır".

Yusif Nəbiyev: Təkcə ailə qurmaq yox, qurulmuş ailənin davamlılığını təmin etmək də çətinləşib

Həmsöhbətimizə görə, sadalanan ideoloji-mədəni amillərdən əlavə olaraq, sırf lokal amillər də var ki, evliliyi get-gedə daha çətin bir seçimə çevirir. İqtisadi qeyri-sabitlik və get-gedə artan yaşam xərcləri gənclərin maliyyə müstəqilliyinə çatmağını çətinləşdirir:

“Özünü dolandıra bilməyən, stabil gəliri olmayan biri necə ailə qurub başqa insanların da məsuliyyətini üzərinə götürə bilər ki? Ona görə evlilik gənclər üçün həm də ciddi maddi risk kimi görünür. Ev almaq, iş tapmaq kimi evlilik üçün zəruri ehtiyacların təminatı bir çox insan üçün ya xəyaldır, ya da çox çətin bir hədəfdir".

Y.Nəbiyev vurğulayıb ki, təkcə ailə qurmaq yox, qurulmuş ailənin davamlılığını təmin etmək də çətinləşib:

"Bu səbəblə boşanmalar da artan trend üzrə getməkdədir. Boşanan cütlüklərin sayının kəskin artması da subay gənclərdə şübhə, qorxu, tərəddüd yaratmaqdadır.
Təəssüf ki, çox ciddi tədbirlər görülməsə, lazımi addımlar vaxtında atılmasa, Azərbaycan da dünyanın digər qismindən fərqli bir aqibətlə üzləşəsi deyil. Bizdə də eyni tendensiyalar, eyni sosial dəyişimlər baş verəcək və ailə institutuna rəğbət bundan daha kəskin dərəcədə azalacaq".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri