Icma.az
close
up
RU
Evlilikdə “ilk uşaq sindromu” və ya...

Evlilikdə “ilk uşaq sindromu” və ya...

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Əksər müşahidələr boşanmaların ən çox ilk uşaqdan sonra baş verdiyini göstərir. Çünki ilk uşaqdan sonra evlilikdə müəyyən problemlər meydana çıxır. Qeyri-sabit və ya qeyri-müəyyən hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki evliliyin bütün dövrlərində olduğu kimi, bu dövr də böyük həssaslıq tələb edir. Belə ki, əksər tərəflər evliliyin ilk illərində təcrübəsiz olduqları üçün ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Ancaq zaman keçdikcə tərəflər “həyat yoldaşı” vəzifəsini mənimsədikləri üçün bu problemlər öz-özünə aradan qalxır. İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir mərhələ başlayır. “Həyat yoldaşı” vəzifəsinə yeni uyğunlaşmış tərəflər uşaqları dünyaya gəldikdən sonra “analıq” və ya “atalıq” vəzifəsini də ifa etməyə başlayırlar. Bu isə özünü birbaşa büruzə verməsə də, tərəflərdə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər, ilk növbədə, “analıq” və ya “atalıq” vəzifəsini ifa etməyə çalışdıqları üçün çox vaxt “həyat yoldaşı” vəzifəsini unudurlar. Nəticədə, bir-biriləri üçün ikinci plana keçən tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələr başlayır. Və gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır. Buna görə də, nə olursa-olsun, tərəflər həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda, problemlərdən xilas olmaq mümkün olmaya da bilər.
Aygün Vəliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 May 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri