Əxlaqsız hərəkətləri sosial şəbəkədə yayan gənc həbs edildi
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonunda gecə klubunda etdiyi əxlaqsız hərəkətləri sosial şəbəkədə yayan şəxs həbs edilib.
KONKRET.az teleqraf-a istinadən bildirir ki, Tərtər rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Səlimov (ad-soyad şərti verilib – red.) “pub”da əxlaqsız hərəkətlər edib. O, həmin hərəkətləri videoya çəkib və sosial şəbəkədə paylaşıb.
Bu paylaşımdan sonra polis bölməsinə dəvət olunub. Bu zaman o, polisin qanuni tələbinə tabe olmayıb.
Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Səlimov 1 ay müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Fevral 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















