Icma.az
close
up
RU
Ey əzəli yurd yerimiz, azadlığının 5 illiyi mübarək!

Ey əzəli yurd yerimiz, azadlığının 5 illiyi mübarək!

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Otuz il il köksümüzdə buz bağlayan həsrətimiz, hicranımız nəhayət ki, 5 il öncə tapıldı dərdinin davası, əriyib şəffaf, büllur suya, kükrəyən, ucu-bucağı görünməyən azad dənizə döndün, qəlbimizdə pərvazlanan arzular, diləklər gerçəkləşdiniz, yuxularımız çin oldunuz, bir daha gözünüz aydın! Köksü murdar yağılardan təmizlənən, Vətən sevdalı üçrəngli bayrağımızla, Zəfər təntənəli mərd oğullarla bəzənən, füsunkar təmtəraqlı Qarabağımız, özünə qayıdan paklığın, təmiz adın mübarək! Yəqin ki səndən ayrı qaldığımız o illər ərzində nələr çəkdiyimizi görməmiş, bilməmiş, duymamış olmazsan. Təbii ki, doğmandan, əzizindən, can parçandan ayrı qalmağın necə ağrılı, dözülməz olduğunu səndən yaxşı kim bilə bilər ki..?

Otuz il tamamilə Azərbaycanından ayrı yaşamağa məcbur qaldın, zorla qoparmağa çalışdıqları doğma anana qovuşmağı sən də təbii ki, anan qədər bütün qəlbinlə istəyirdin. Əziz yurdum, hər dəfə yağıların əlindən zinhara gəlsən də, viran qoyulsan da, məsum gözəlliyini itirməyən hüsnünü gördükcə hiss edirdik, duyurduq bizə qarşı duyğularını, könlündə od kimi tutuşan qovuşmaq yanğını, həsrətini, nisgilini. Sanki dil açıb deyirdin ki, məni bu yaramazların, vandalların əlində buraxmayın, günbəgün dörd-bir yanını daha çox kəsdirən namərdlərin əlində nəfəsin daralır, səbir kasan dolub daşırdı...

Ana yurdum, şahidi oldun ki, səndən ayrı yaşamağa məcbur qaldığımız o illərdə bütün cəbhələrdə haqq-ədalət savaşımızı apardıq, bircə an belə usanmadıq, yorulmadıq, hər ötən gün daha da böyük ruh yüksəkliyi ilə Zəfər çalacağımız günə zəmin hazırladıq. Uğruna neçə canlar qurban getdi, qanlar axıdıldı, neçə-neçə ana-bacının, qız-gəlinin gözlərindən axan yaş qurumadı... Məğrur ürəklərdən hopan “təki Vətən sağ olsun” kəlməsilə qayıdacağın gün sevinc yaşına dönmək ümidi ilə xəlvətə çəkildi...

Hər gələn baharda əsən həzin rüzgarlardan, qatarlaşıb el-el, oba-oba köç edən durnalardan, sabahları şəfəqdən boylanan günəşdən, axşamları aydın səmada nur saçan aydan, parlayan ulduzdan, açan çiçəklərdən, xoş qoxusu ətrafa yayılan güllərdən soraqladıq səni...

Canım Qarabağım, şeir olub dilimizdə dastanlaşdın, nəğmə olub qulağımızda çınladın, şikəstən xəyallara qərq etdi bizi, xəyalın qora dönüb yandırıb yaxdı bağrımızı, dağları, daşları lərzəyə gətirdi ahımız. İlham verdin, ziya saçdın yaradıcılıq yolumuza, rəsm olub boyalardan, xalça olub ilmələrdən salamladın sən bizləri, sənətkarlıq nümunələrində gəldin görüşümüzə, ən sevimli, əziz qonağı oldun evlərimizin. Minilliklərin bağrını dələn, zaman-zaman gah işığa bürünən, gah da zülmətə qərq olunan tarixini vərəqlədik gecə-gündüz. Araşdırdıq, qaranlıqları aydınlığa çıxardıq, təbliğ etdik həqiqətlərini, bütün dünyaya çatdırdıq haqq səsini. Bildiklərimizi, öyrəndiklərimizi özümüzdən sonra gələcək nəsillərə də öyrətdik, sənin bizim əzəli, əbədi yurdumuz olduğunu aşıladıq onlara. Ər-ərənlərin Cıdır düzündə adı dillər əzbəri olan atlarını necə şaha qaldırdıqlarını, necə qurşaq atdıqlarını, pəhləvanların güləşini, naz-qəmzəli, yaşmaqlı qızların İsa bulağından su götürməsini nağıllar, hekayələr şəklində əxz etdik ki, əbədi həkk olunsun balacaların ağ vərəq kimi təmiz, saf yaddaşına. Nağılların baş qəhrəmanlarından oldu möhtəşəm Şuşa qalası, Xarıbülbül. “Keçmişini unudanın gələcəyi olmaz”, - deyən atalarımızın hikmətli kəlamlarına əməl etdik daim. Səninlə bağlı gördüyümüz hər işdə, keçirilən tədbirlərdə, reallaşdırılan layihələrdə özümüzə mənəvi borc bildik keçmişdən bu günə uzanan yola dərindən nəzər yetirməyi...

Əziz yurdum, 30 il ərzində çox oldu qan axıtmadan sülh yolu ilə səni qaytarmaq cəhdlərimiz. Lakin susadı əcəlinə, lovğalandı boş-boş mənfur düşmənimiz. Ulu Öndərin siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımız, ordumuz gücləndi, inkişaf etdi. Dünyanın ən qüdrətli 50 ordusunun siyahısına düşdü nizami, güclü ordumuz. Ali Baş Komandanımız sənin azadlığın üçün lazım gəlsə müharibənin qaçılmaz olacağını dəfələrlə bəyan etdi. Liderimizin qətiyyətli, dönməz mövqeyi, möhtəşəm siyasi gedişləri nicatına inamımızı daha da artırdı...

Doğma diyarım, şahidlik etdin 2016-ci ilin aprel və 2018-ci ilin may aylarında müzəffər ordumuzun qazandığı zəfərlərə. Təbii ki, sən də fərəhləndin, qürurlandın ordumuzla. Məhz həmin zəfərlər müjdələdi sənin azadlığını, Böyük Qələbənin vaxtının yetişdiyini. Və nəhayət ki, düşmənin ard-arda təxribatından sonra yenilməz ordumuz 2020-ci il sentyabrın 27-də başladı əks-hücum əməliyyatlarına və qalib gəldi. Sənin nicatına aparan 44 günlük yolda çoxlu şəhidlər verdik, ağır itkilərə baxmayaraq başlarını dik tutdular analarımız, bacılarımız. “Təki Vətənimiz, Qarabağımız yağılardan təmizlənsin” kəlməsi dastan oldu dillərdə, üçrəngli bayrağımızla bəzədik evimizin hər küncünü, bucağını. Nəhayət çoxdan gözlənilən həmin məqam yetişdi. Birliyimiz, bərabərliyimiz, həmrəyliyimiz sayəsində tarixin qarşımıza çıxardığı ən böyük, ağır, məsuliyyətli imtahandan da şərəflə, ləyaqətlə, məğrurcasına çıxdıq. Mübariz əsgərlərimiz qısa zamanda darmadağın etdi düşmənin 30 il ərzində qurduğu istehkamı, müdafiə qurğularını. Azadlığa çıxdı ard-arda qədim yaşayış məntəqələrimiz. Ali Baş Komandanımızın Zəfər müjdəli xəbərləri ilə açıldı hər sabahımız. “Qarabağ Azərbaycandır!” kəlməsi dilimizə dastan oldu. Tariximizə qızıl hərflərlə həkk olundu noyabrın 8-ci günü. Heç zaman tarixdən silinməyəcək əbədi Zəfər Günü...

Bəli, gözəl, əbədi, əzəli yurdum Qarabağ, əvvəllər sənin barəndə qələmə alınan yazılar “Ordumuz çox yaxında qədim, əzəli torpaqları azad edəcək, o gün uzaqda deyil” kimi bənzər cümlələrlə bitərdi. İndi isə artıq yeni növrağından, gündən-günə büsatlaşan simandan yazırıq böyük şövqlə, məhəbbətlə. Zəngilanda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Füzulidə, Ağdamda, Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız, yeniləşən, müasirləşən şəhər-kəndlərimiz ilhamlandırır qələmimizi. Beş il bundan öncə necə bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdiksə, bu gün də torpağa sahibliyimizi ən bariz şəkildə göstəririk. Soydaşlarımızı Qarabağda, Şərqi Zəngəzurda tikdiyimiz, hər cür şəraitə malik gözəl, yaraşıqlı evlərinə qaytarır, tarixi abidələrimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimiz uğurla bərpa edirik, Laçında, Şuşada, Xocalıda toy mağarları qurur, bayram tonqalları qalayırıq. Bir vaxtlar odu sönmüş ocaqlar indi yenidən alovlanır, viran olunmuş küçələrə yeni həyat qayıdır, uşaqların şən-şaqraq səsləri yayılır gül-çiçək ətirli həyətlərə, yeni evlərin, yeni binaların, küçə-prospektlərin təməli atılır. Pənahəli xanın yadigarı Şuşa qalası daha məğrur görünür, Üzeyirin musiqi dünyasından güc alır Qarabağda tikilən musiqi, mədəniyyət ocaqları, Vaqif poeziyasına yeni nəfəs gəlir, xan qızı Xurşidbanu Natəvanın şeirləri səslənir ədəbi məclislərdə, Xarıbülbül Festivalı öz təmtərağı ilə heyran edir qonaqlarını...

Zəfərimizin 5 illiyinə həsr olunan bu yazıda böyük qürur və fəxarət hissi ilə “Çox tezliklə iki qədim Azərbaycan torpağını - Naxçıvan və Qarabağı birləşdirəcək nəqliyyat yolu - Zəngəzur dəhlizi ilə görüşünə gələcəyəm!” - deyirəm. O zaman hüsnünə bir daha əyani tamaşa edib bu sözlərlə sənə xitab edəcəyəm: “Ey əzəli yurd yerimiz, möhtəşəm libasın mübarək!”.

Nail Əsgərov

AZƏRTAC-ın bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri